Tanınan qazax qadın boksçusu Ancelina Lukas İnstaqram səhifəsində möhtəşəm fotosessiyadan şəkillər yerləşdirib.
Fanat.az xəbər verir ki, xanım boksçu fotosessiyasını "Barbie girl" adlandırıb.
Qazax idmançının şəkilləri böyük heyranlıqla izlənilib. Təsadüfi deyil ki, Ancelina Lukas Qazaxıstanın ən cazibədar idmançılarından biri hesab olunur. Onun İnstaqram səhifəsində 766 min abunəçi var.
Qeyd edək ki, Ancelina peşəkar boksda debütünü dekabrın 18-də Nur-Sultanda keçirilən boks gecəsində edib və ukraynalı debütant Svetlana Vasilevskayaya qalib gəlib.