13:33 18.01.2022 926

"Ermənistana getsək belə..." - MÜSAHİBƏ

Boks üzrə kişilərdən ibarət Azərbaycan yığmasının böyük məşqçisi Nəriman Abdullayevin Fanat.Az-a müsahibəsi

- Nəriman müəllim, son ölkə çempionatının yekunlarını dəyərləndirərsiniz. Ümumilikdə yarışın səviyyəsi sizi nə dərəcədə qane etdi?
- Bildiyiniz kimi, iki il idi pandemiya səbəbindən respublika çempionatı keçirilmirdi. Bu qədər aradan sonra yarışın yüksək səviyyədə keçəcəyini gözləmirdik. İştirakçı sayı da az idi. Cəmi 100 boksçu qatılmışdı. Amma ümumi götürəndə, çempionat pis keçmədi. Gərgin, maraqlı döyüşlər izlədik. Yığmanın aparıcı üzvlərindən Tayfur Əliyev, Cavid Çələbiyev, Kamran Şahsuvarlı, Məhəmməd Abdullayev də yarışa qatılmışdılar.

- Yarışda kimlər təəccübləndirdi?
- Bir yox, bir neçə belə boksçu oldu. Malik Həsənov, Murad Allahverdiyev, Niyaməddin Allahverdiyev inamlı təsir bağışladılar. Malik, ümumiyyətlə, bizim yüksəlişdə olan boksçularımızdandır. 

- Son dünya çempionatının qalibi Loren Alfonso Dominges və bürünc medalçısı Sərxan Əliyevin iştirak etməməsi nə ilə bağlı idi?
- Dominges 2021-ci ildə kifayət qədər döyüşüb, yaxşı nəticələr verib. Belə idmançılara tək bizdə yox, digər ölkələrdə də istirahət verilir. Sərxan da istədi ki, bu yarışda ona istirahət verilsin. Formada deyil. Yüngül də zədəsi var. 

- Yığmanın liderlərindən olan dünya çempionu, iki Olimpiada iştirakçısı Cavid Çələbiyevin yarımfinalda uduzması xüsusilə diqqət çəkdi. Onun məğlubiyyətini sensasiya kimi qələmə vermək olar, ya yeni çəkidə uğursuz olacağı əvvəlcədən ehtimal olunurdu?
- 67 kiloqram çəki dərəcəsi ona görə deyil. Bu çəkiyə idmançılar azı 6-7 kilo salıb gəlirlər. Çələbiyev isə son illərdə artıq bir neçə çəki dəyişib. Nəbi İsgəndərovla görüş də göstərdi ki, Cavid 67 kiloqramda döyüşməyə qətiyyən hazır deyil. Boyu, ümumi fiziki göstəriciləri çəkiyə uyğun gəlmir. Yeri gəlmişkən, Nəbinin də döyüşü xoş sözlərə layiq idi.

- Cavid bu çəkidə davam etmək istəyir, ya qarşıda əvvəlki çəkiyə qayıtmağı planlaşdırır?
- Dediyinə görə, 67-də qalacaq. Görüşdən sonra söhbətimiz oldu. Dedi ki, səhvlərin üzərində işləyib daha yaxşı olacağam. Nə bilim, görək necə olur.

- Olimpiya mükafatçısı Kamran Şahsuvarlının finaldakı məğlubiyyəti sizcə, nə ilə bağlı idi?
- O da hələ formada deyil. İki mərhələni döyüşsüz keçib finala gəldi. Muradla dueldə də açıq-aydın hiss olundu ki, əvvəlki formasından uzaqdır. O da yuxarı çəkidə döyüşürdü. Hesab edirəm, 80 kilo da Şahsuvarlıya görə deyil. Yəqin ki, 75-ə qayıdacaq.

- Yarışdan yığma komandaya seçim necə aparılacaq?
- Çempion və mükafatçılarla yanaşı, əvvəlki mərhələlərdə uduzan bəzi boksçuları da yığmaya cəlb eləməyi düşünürük. Şəxsən mənim diqqətimi çəkən gənclər var idi.

- Bu ilin əsas yarışı mayda baş tutacaq Avropa çempionatıdır. Lakin həmin turnirin Ermənistanda təşkili yığmamızın iştirakını sual altında qoyur. Komanda o yarışa qatılmayacaqsa, ilin əsas hədəfləri nədən ibarət olacaq?
- Ermənistandakı yarışa getsək belə, ordan uğurlu nəticə ilə qayıtmağımız çətin olacaq. Aydındı ki, bizi "sıxacaqlar". Hələ ki yekun qərar verilməyib. Amma çox güman, Yerevana yollanmayacağıq. Əlavə bir sıra turnirlər var. Hansında iştirak edəcəyimiz hələlik aydın deyil.

Sahib Əsədbəyli

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

03 Avqust 2026
12:36

"Real Madrid"in qapıçısı "Sevilya" ilə anlaşdı

12:18

Ehtiram Quliyev Əziz Yıldırımla görüşdü - "Turan Tovuz" - "Fənərbağça" matçı müzakirə olundu

12:00

"Yuventus" PSJ-nin ulduzunu rənglərinə bağladı - Bu məbləğə

11:41

"Milan" "Fənərbağça"nın bu təklifini rədd etdi

11:22

Okan Buruk "Qalatasaray"lıların "ürəyinə su səpdi": "Onlara bunu vəd edirəm"

11:03

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

10:44

Hakimlər Komitəsinin iclası keçirildi, Premyer Liqa hakimlərinin siyahısı açıqlandı

10:27

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

10:09

Darvin Nunyes "Beşiktaş" ilə anlaşdı - SON DURUM

09:48

"Sabahın Ulduzları": U-15 yaş qrupunda 1-ci tura yekun vuruldu

09:25

Konfrans Liqası: "Qarabağ" "Dinamo Kiyev" səddini keçsə...

09:00

Çempionlar Liqası: "Sabah"ın pley-off mərhələsindəki rəqibi müəyyənləşir - PÜŞKATMA

02:14

"Qarabağ" Pakistan futbolunun ulduzunu transfer etdi

01:00

"Qəbələ" Qətər klubunu məğlub etdi

00:35

"Qalatasaray" məğlubiyyətdən son dəqiqələrdə xilas oldu

02 Avqust 2026
23:54

"Qarabağ" və "Sabah"dan gözlənilməz addım: İngiltərədən kim gəlir?

22:46

"Liverpul" yetirməsini geri qaytarır

22:11

İtaliyalı stoper üçün Premyer Liqada "müharibə"

21:39

Mahir Emreli fərqləndi, baş məşqçi əvəzlədi: "Rakuv" 2 qolla cəzalandı

21:11

Pedri üçün 90 milyon avro

20:38

ÇSKA ilə matçda zədələnən Savonun durumu bilindi

20:07

Canni İnfantino haqqında şok iddia

19:32

"Atletik Bilbao"dan "Barselona"ya sərt cavab

19:09

Ronaldu evləncəyi tarixi açıqladı

18:51

Millimiz Avropa çempionatını 16-cı pillədə başa vurub

18:12

Həvəskar velosipedçilər arasında Federasiya Kuboku yarışı keçirilib

17:53

Mourinyu "Real Madrid"ə qayıtdıqdan sonrakı ilk oyununu şərh etdi

17:15

"Qəbələ" braziliyalı qapıçı ilə gücləndi

16:39

Mançester nəhəngi onun üçün hərəkətə keçir

16:01

"Roma" yeni müdafiçənin keçidini açıqladı

15:41

"Qarabağ”ın "Dinamo Kiyev"lə oyununa biletlər satışa çıxarıldı

15:19

"Kəpəz"in yeni fanklubu olacaq - FOTO

14:40

"Sabahın Ulduzları" start götürdü - Fotolar/Nəticələr

14:22

Azərbaycanlı məşqçi dünyasını dəyişdi

13:44

Viktor Osimhen İngiltərəyə gedir?

13:16

Dünya Seriyası: "Neftçi SOCAR" mübarizəni 1/4-də dayandırdı

12:50

"Qalatasaray" yeni yarımmüdafiəçi ilə anlaşdı

11:43

Azərbaycan millisi Niderlandla qarşılaşır

11:17

"Real Madrid" "Fiorentina" ilə bacarmadı

10:40

PSJ yapon ulduzu "Yuventus"un əlindən aldı

Facebookdan bizi izləməyi unutmayın.
X