13:32 21.01.2022 498

\"Bunu ilk mən edə bilərəm\" - Olimpiya mükafatçısı

Azərbaycanın kişilərdən ibarət boks millisinin üzvü, Rio-2016 Yay Olimpiya Oyunlarının, dünya və Avropa çempionatlarının mükafatçısı Kamran Şahsuvarlının Fanat.Az-a müsahibəsi

- Kamran, son Azərbaycan çempionatının finalında uduzub gümüş medalla kifayətlənməyini bir çoxları sensasiya kimi qəbul etdi. Özün necə düşünürsən?
- Sözün düzü, yarışa hazırlığım tam deyildi. Ən yaxşı formamdan xeyli uzaq idim. Ancaq final görüşündə uduzduğumu deyə bilmərəm. Həmin görüşün nəticəsi mübahisəli idi.

- Döyüş öncəsi bir növ rahatlıq var idi?
- Hardasa. 

- Bu yarışda səni ilk dəfə idi ki, fərqli çəkidə görürdük. 80 kiloqramda davam edəcəksən, ya bu, sadəcə çox çəki salmamağın üçün atılmış addım idi?
- Gənclər arasında çıxış edəndən son yarışadək 75 kiloqramda vuruşmuşam. Artıq çəkini qoruyub saxlamaq rahat deyil. Fikrim 80 kiloda davam etməkdir. Boyum, fiziki göstəricilərim də bu çəkiyə uyğun gəlir. Niyə də olmasın?

- Karyeranın ən pik dövrü 2016-2017-ci illər olub. Hansı ki, Olimpiadanın, dünya və Avropa çempionatlarının medalını qazanmışdın. Artıq stabil idmançı kimi də xarakterizə olunurdun. Sonradan həmin nəticələri təkrarlamağına nə mane oldu?
- Son Olimpiadaya qatıla bilməməyim daha çox şanssızlıqla bağlı idi. Pandemiya planları alt-üst elədi. Doğrudur, ilk yarışda yaxşı döyüşə bilmədim, amma əmin idim ki, ikinci yarışda Tokioya lisenziya alacaqdım. 

- Olimpiadada medal qazanacağına inam var idi?
- İlk Olimpiadada bunu bacarmışdımsa, yəqin ki yenə bacarardım. Bilirsiniz ki, Olimpiya Oyunlarında hər şey olur.

- Olimpiadadan sonra dünya çempionatı təşkil olundu. Amma mundialda 75 kiloqramda sən yox, Mirşərif Kazımzadə çıxış elədi. Qıraqda qalmağına səbəb nə idi?
- Həmin vaxt hazırlığım yaxşı deyildi.

- Bu ilin əsas yarışı Avropa çempionatıdır ki, o da Ermənistanda təşkil olunacağından, yığmamız böyük ehtimalla ora yollanmayacaq. Belədə il ərzində qarşıya qoyduğun hədəf nədir?
- Yığmada öz çəkimdə bir nömrə olduğumu sübut etməliyəm. 

- Paris-2024-ü yəqin ki, son dayanacaq olaraq nəzərdə tutmusan.
- Bəli. Ondan sonra bitirmək istəyirəm. Karyeramı Olimpiya medalı ilə tamamlamağı çox istəyirəm. Bilirsiniz ki, bizdə boks üzrə ikiqat Olimpiya mükafatçısı yoxdur. Bunu ilk mən edə bilərəm.

Sahib Əsədbəyli

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

23 Aprel 2024
21:41

"Veteran və həvəskar idmançıların komanda liqası" yarışı başa çatıb

20:34

Dümfrisdən ilk skudettosu ilə bağlı emosional açıqlama

19:35

David De Xeanın yeni klubu bilindi - İspaniyada oynayacaq

18:40

"Barselona" "Çelsi"nin oyunçusunu aparır

18:20

"Barselona" ilə "Bayern"in xəyalı suya düşdü

18:03

"Azərreyl" Azərbaycan çempionu oldu

17:51

Modriç gedir, yoxsa qalır?

17:34

"Bu işlə 65 yaşımda da vidalaşmaq planım yoxdur" - Joze Mourinyu

17:11

Qadınlardan ibarət Azərbaycan yığması Belarusdakı turnirə qatılacaq

16:53

Futzal üzrə Azərbaycan Kuboku: Yarımfinal matçlarının təyinatları bilindi

16:37

Xavinin taleyi həll olunur - Laporte, Yuste və Deku bir araya gələcək

16:19

İnzagi Mourinyunu geridə qoydu

16:01

AFFA-dan maaşların azaldılması və liqanın ləğvi xəbərlərinə REAKSİYA

15:42

A Seriyasında maraqlı tendensiya: 6-da 6

15:24

Tuxel İspaniya nəhənginin təklifini geri çevirdi - Bu kluba gedəcək

15:05

"Milan" rəhbərliyi Pioli barədə son qərarını verdi

14:47

Bakıda UEFA-nın məşqçilik kursu başladı

14:30

Legioner rüsumu 50 min manat olsa...

14:11

“Prezident Kuboku”: Azərbaycana 20-dən çox ölkənin idmançısı gəlir

13:56

"İnter"ə çempionluq gətirən qələbə - VİDEO

13:49

AÇ-2024: Baş hakimlərin adları açıqlandı - Siyahıda türk də var

13:38

"Biz skudettonu hələ martda qazanmışdıq" - Simone İnzagi

13:20

Xavi tarixi antirekordu təkrarladı

12:19

Azərbaycan çempionatında ilk finalçı bilindi

12:00

"Zirə" Qəbələdə kimləri oynada bilməyəcək? - ADLAR

11:36

"Qəbələ"ni məğlub edən komanda UEFA Gənclər Liqasının qalibi oldu

11:15

Ülviyyə Fətəliyevadan ardıcıl 4-cü qələbə

10:54

Tyaqo Silva "Çelsi"dən ayrılmağı qətiləşdirdi - Yeni klubu da məlumdu 

10:35

U-17 Belarusla üz-üzə

10:14

"Bayer"in rəsmisi Virtsin qiyməti haqqında: "Səhv etmişəm" 

09:50

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:28

Azərbaycanlıların duelini Diniyev qazandı

09:05

Almaniya nəhənginin yeni transfer hədəfi bilindi

01:30

"Sevilya" turu 3 xalla başa vurdu

00:23

"İnter" çempionluğunu derbidə rəsmiləşdirdi!

00:11

"Fənərbağça" büdrədi

22 Aprel 2024
22:46

AÇ: Azərbaycanın 3 boksçusundan qələbə

20:07

"Azərreyl" dramatik qələbə ilə çempion oldu

18:46

A Seriyası təmsilçisi Kannavaroya tapşırıldı

17:55

"Əvvəllər burada qələbə qazanıb-qazanmadığımızı xatırlamıram" - Yürgen Klopp

Facebookdan bizi izləməyi unutmayın.
X