18:02 03.03.2022 623

Millimizin yeni baş məşqçisi: "Təyinatım gözlənilməz oldu"

"Gənclərdən ibarət yığmaya təyinatım gözlənilməz oldu. Bu barədə məlumatım yox idi. Bir gün öncə Azərbaycan Boks Federasiyasının rəhbərliyi ilə görüş zamanı bundan xəbər tutdum”. 

Fanat.Az xəbər verir ki, bunu Azərbaycan Boks Federasiyasının mətbuat xidmətinə açıqlamasında gənclərdən ibarət milli komandanın baş məşqçisi Elbrus Rzayev təyinatı barədə danışarkən deyib. 

Bu gündən fəaliyyətini yeni komandada davam etdirəcək təcrübəli mütəxəssis yeni işini karyerasında yüksəliş hesab edir: “Əlbəttə, bu etimada görə çox sevindim. Məsuliyyətli bir işdir. Demək olar ki, 15 ildir Azərbaycan yığmalarında işləyirəm. Yeniyetmələr, gənclər, böyüklər və qadınlardan ibarət əsas komanda çalışmışam. Açığı, illərimi boksa verməyimə baxmayaraq, çox həyəcanlıyam. Çalışacağam ki, rəhbərliyin qarşıma qoyduğu hədəfləri həyata keçirib, tapşırıqlarını yerinə yetirim. Əsas məqsəd qatıldığımız istənilən yarışda uğurlu çıxış etmək, ölkəmizin adını yüksəklərə qaldırmaq və böyüklərdən ibarət komandaya layiqli boksçular yetişdirməkdir”.

Fevralda Boks Mərkəzində gənclər arasında keçirilən Azərbaycan birinciliyinin ən yaxşı məşqçisi seçilən Elbrus Rzayev bildirib ki, yarışı tam izlədiyindən komandanı formalaşdırmaq onun üçün çətin olmayacaq: “Həmin yarışda mənim yetirmələrim də iştirak edirdi. Bu səbəbdən birinciliyi diqqətlə izləmişəm. Tələbələrimdən ikisi çempion, ikisi gümüş medalçı oldu. Yarışda fərqlənənlərə gəlincə, perspektiv vəd edən boksçularımız var. Gənclərin Avropa çempionatında iştirak etmiş təcrübəli idmançılarımız da onların sırasındadır. Fikrimcə, seçim aparmaq və ən güclülərdən ibarət komanda formalaşdırmaq vaxt aparsa da, elə də çətin olmayacaq. Çalışacağam ki, hər bir çəki dərəcəsində rəqabət yaradım. Rəqabət olan yerdə inkişaf, uğur qaçılmazdır”. 

Yeni baş məşqçi gələcək planları barədə də danışıb. Onun sözlərinə görə, aprelin 10-22-də Bolqarıstanın paytaxtı Sofiyada keçiriləcək Avropa çempionatı formalaşdıracağı komanda üçün bir növ sınaq xarakteri daşıyacaq: “Komanda ilə tanışlıq üçün 2 günə bir araya gəlməyi planlaşdırırıq. Həmin gün yığma üzvlərinə məşq prosesləri barədə də məlumat verəcək, necə işləyəcəyimizi açıqlayacağıq. Bir sözlə, gələcəklə bağlı vacib olan addımları atmağı planlaşdırırıq. Avropa birinciliyi üçün təlim-məşq toplanışına fiziki hazırlıqla başlayacağıq. Sonradan texniki-taktiki məşqlərə keçəcəyik. Məqsədimiz Avropa çempionatına ən hazırlıqlı boksçularla yollanmaqdır. Bunun üçün hazırlığın gedişində sınaq döyüşləri də nəzərdə tutmuşam. Çalışacağıq ki, ilk cəhddə uğurlu çıxışla fərqlənək və Vətənə medallarla qayıdaq. Belə olacağına da inanıram”.

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

03 Avqust 2026
12:36

"Real Madrid"in qapıçısı "Sevilya" ilə anlaşdı

12:18

Ehtiram Quliyev Əziz Yıldırımla görüşdü - "Turan Tovuz" - "Fənərbağça" matçı müzakirə olundu

12:00

"Yuventus" PSJ-nin ulduzunu rənglərinə bağladı - Bu məbləğə

11:41

"Milan" "Fənərbağça"nın bu təklifini rədd etdi

11:22

Okan Buruk "Qalatasaray"lıların "ürəyinə su səpdi": "Onlara bunu vəd edirəm"

11:03

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

10:44

Hakimlər Komitəsinin iclası keçirildi, Premyer Liqa hakimlərinin siyahısı açıqlandı

10:27

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

10:09

Darvin Nunyes "Beşiktaş" ilə anlaşdı - SON DURUM

09:48

"Sabahın Ulduzları": U-15 yaş qrupunda 1-ci tura yekun vuruldu

09:25

Konfrans Liqası: "Qarabağ" "Dinamo Kiyev" səddini keçsə...

09:00

Çempionlar Liqası: "Sabah"ın pley-off mərhələsindəki rəqibi müəyyənləşir - PÜŞKATMA

02:14

"Qarabağ" Pakistan futbolunun ulduzunu transfer etdi

01:00

"Qəbələ" Qətər klubunu məğlub etdi

00:35

"Qalatasaray" məğlubiyyətdən son dəqiqələrdə xilas oldu

02 Avqust 2026
23:54

"Qarabağ" və "Sabah"dan gözlənilməz addım: İngiltərədən kim gəlir?

22:46

"Liverpul" yetirməsini geri qaytarır

22:11

İtaliyalı stoper üçün Premyer Liqada "müharibə"

21:39

Mahir Emreli fərqləndi, baş məşqçi əvəzlədi: "Rakuv" 2 qolla cəzalandı

21:11

Pedri üçün 90 milyon avro

20:38

ÇSKA ilə matçda zədələnən Savonun durumu bilindi

20:07

Canni İnfantino haqqında şok iddia

19:32

"Atletik Bilbao"dan "Barselona"ya sərt cavab

19:09

Ronaldu evləncəyi tarixi açıqladı

18:51

Millimiz Avropa çempionatını 16-cı pillədə başa vurub

18:12

Həvəskar velosipedçilər arasında Federasiya Kuboku yarışı keçirilib

17:53

Mourinyu "Real Madrid"ə qayıtdıqdan sonrakı ilk oyununu şərh etdi

17:15

"Qəbələ" braziliyalı qapıçı ilə gücləndi

16:39

Mançester nəhəngi onun üçün hərəkətə keçir

16:01

"Roma" yeni müdafiçənin keçidini açıqladı

15:41

"Qarabağ”ın "Dinamo Kiyev"lə oyununa biletlər satışa çıxarıldı

15:19

"Kəpəz"in yeni fanklubu olacaq - FOTO

14:40

"Sabahın Ulduzları" start götürdü - Fotolar/Nəticələr

14:22

Azərbaycanlı məşqçi dünyasını dəyişdi

13:44

Viktor Osimhen İngiltərəyə gedir?

13:16

Dünya Seriyası: "Neftçi SOCAR" mübarizəni 1/4-də dayandırdı

12:50

"Qalatasaray" yeni yarımmüdafiəçi ilə anlaşdı

11:43

Azərbaycan millisi Niderlandla qarşılaşır

11:17

"Real Madrid" "Fiorentina" ilə bacarmadı

10:40

PSJ yapon ulduzu "Yuventus"un əlindən aldı

Facebookdan bizi izləməyi unutmayın.
X