Beynəlxalq Boks Assosiasiyasında (IBA) yeni prezident seçkisi keçirilib.
Fanat.Az xəbər verir ki, qurumun İstanbulda baş tutan Fövqəladə Konqresinin ikinci günündə Umar Kremlyov yenidən IBA prezidenti seçilib.
Hazırda İdarə Heyəti və komitələr üçün seçkilər təşkil edilir.
Qeyd edək ki, Umar Kremlyov IBA-ya 2020-ci ilin dekabrından rəhbərlik edir. 40 yaşlı funksioner 2017-2021-ci illərdə Rusiya Boks Federasiyasının baş katibi vəzifəsində çalışıb.