
Yaponiyanın paytaxtı Tokioda bu gündən Beynəlxalq Cüdo Federasiyasının (IJF) təşkilatçılığı ilə təlim-məşq toplanışı başlayır.
Fanat.Az xəbər verir ki, toplanışda Azərbaycanın qadınlardan ibarət millisinin üzvü Leyla Əliyeva (48 kq) da iştirak edəcək.
O, bir gün əvvəl eyni şəhərdə təşkil olunan “Böyük Dəbilqə” turnirinə qatılıb və 1/8 finalda məğlub olaraq çıxışını başa vurub.
Turnirin iştirakçılarının böyük əksəriyyəti toplanışa qoşulacaq.
Təlim-məşq toplanışı dekabrın 9-dək davam edəcək.
Toplanış Əliyeva üçün ilin yekun yarışına - İsraildə keçiriləcək "Dünya Ustaları"na hazırlıq xarakteri daşıyacaq.