Bu gün Hövsan qəsəbəsində yerləşən Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman Sağlamlıq Mərkəzində U-21 gənclər arasında Azərbaycan birinciliyinin qarışıq komanda yarışı baş tutub.
Fanat.Az xəbər verir ki, yarışda 2 komandadan 18 idmançı medallar uğrunda mübarizə aparıb. Qızlar 57 kq, 70 kq və +70 kq çəki dərəcələrində, oğlanlar isə 73 kq, 90 kq və +90 kq. çəki dərəcələrində güclərini sınayıblar.
"Atilla" İdman Klubu İdman Birliyi ilə "Neftçi" İdman Klubu arasında keçən yarışın nəticəsində Atilla İdman Klubu İB 5:1 və 4:2 hesabı ilə qalib gələrək komanda yarışlarının kubokunu və qızıl medallarını qazanıb.