Rusiya və Belarus cüdoçularının uzun fasilədən sonra beynəlxalq yarışa qatılacaq.
Fanat.Az Beynəlxalq Cüdo Federasiyasının (IJF) rəsmi saytına istinadən xəbər verir ki, adıçəkilən ölkələrin idmançıları 7-14 mayda Qətərin paytaxtı Dohada keçiriləcək dünya çempionatında iştirak edəcəklər.
20 cüdoçu mundialda fərdi idmançı kimi mübarizə aparacaq.
Qeyd edək ki, Ukraynaya hərbi müdaxilə səbəbindən Rusiya və Belarus idmançılarının beynəlxalq yarışlardakı iştirakına qadağa qoyulub.