22:05 03.05.2023 170

EJU Azərbaycanda ilk dəfə keçiriləcək yarışdan yazdı

6-7 may 2023-cü ildə Göygöl şəhərində tarixdə ilk dəfə cüdo idman növü üzrə yeniyetmələr arasında Avropa Kuboku turniri keçiriləcək.

Fanat.Az xəbər verir ki, Avropa Cüdo Birliyinin (EJU) rəsmi təqvimində olan turnirə 19 ölkədən 300-ə yaxın idmançı qatılacaq. 

EJU-nun rəsmi səfhəsində turnirlə bağlı çıxan məqalədə bildirilir ki, Azərbaycan Cüdo Federasiyası yeniyetmələrin inkişafına xüsusi diqqət ayırır və nəticədə yüksək rəqabətli komanda yaranıb: 

“Azərbaycan komandası həm oğlanlarda, həm də qızlarda Avropa Turu silsiləsinə daxil olan yarışlarda nəzərə çarpan nəticə əldə ediblər. Belə ki, aprelin əvvəlində Çexiyada keçirilən Avropa Kuboku yarışında Azərbaycan yığması 6 qızıl, 1 gümüş və 4 bürünc medal qazanıblar. Eynilə, komanda mart ayında Zaqrebdə baş tutan analoji turnirdə də əlamətdar nəticə əldə edib”. 

Müəllif qeyd edir ki, Göygöldəki yarışda Azərbaycan milli yığmasının öz azarkeşlərinə unudulmaz anlar bəxş edəcəyi indidən bəllidir.
Daha sonra Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti, Olimpiya çempionu Elnur Məmmədlinin tək böyüklər arasında deyil, həm də gənclər və yeniyetmələr arasında yarışlarda Azərbaycan milli yığmasının yanında olduğu və bu yarışın Azərbaycanda təşkil edilməsindən böyük məmnunluq duyduğu qeyd edilir.

“Olimpiya çempionu və Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti kimi mən çox şadam ki, ölkəmiz Göygöldə yeniyetmələr arasında Avropa kubokuna ev sahibliyi edəcək. Bu tədbir gənc idmançılara öz bacarıqlarını nümayiş etdirmək və yüksək səviyyədə yarışmaq üçün gözəl imkan yaratmaqla yanaşı, həm də onlara öz azarkeşləri qarşısında bunu etməyə imkan verir və bu da əvəzolunmaz təcrübədir.

Əlavə olaraq onu da qeyd edim ki, bu il Azərbaycanda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr edilib. Göygöldə belə bir mötəbər yarışın keçirilməsi Ulu Öndərin müəyyən etdiyi tərəqqi yolunda güclü və çiçəklənən Azərbaycan üçün idmanın və bədən tərbiyəsinin inkişafına yaxından diqqət göstərilməsi vəzifəsinin yerinə yetirilməsinə və ölkəmizin beynəlxalq aləmdə güclü idman ölkəsi kimi tanıdılması baxışına sadiqliyimizi göstərir.

Həmçinin, turnirin Göygöldə keçirilməsi cənab prezident İlham Əliyevin idmanın regionlarda kütləvləşdirilməsi ilə bağlı verdiyi istiqamətə və tapşırıqlara uyğundur. Prezident İlham Əliyev idmanın sağlam həyat tərzi, milli qürurun və beynəlxalq əməkdaşlığın təşviqi üçün güclü vasitə olduğunu dəfələlərlə bəyan edib. Buna görə də bizim üçün belə bir turnirin təşkili böyük şərəfdir və tədbirin ən yüksək səviyyədə təşkili üçün Azərbaycan Cüdo Federasiyası olaraq əlimizdən gələni edəcəyik. Avropanın hər bir yerindən yeniyetmə cüdoçuların ölkəmizə gəlməsini səbirsizliklə gözləyirik”, - deyə Elnur Məmmədli EJU-nun saytına verdiyi müsahibəsində bildirib.

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

14 May 2024
11:04

Azərbaycan millisinin oyununun vaxtı dəyişdi

10:45

Bu komanda üçün Marş qərarı verildi

10:26

Tosin İngiltərədə klubunu dəyişir

10:07

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA 

09:48

Jirudan ayrılıq qərarı - RƏSMİ

09:27

Obameyanq "Marc-Vivien Foe" mükafatını aldı

09:05

"Milan" Piolini bu mütəxəssislə əvəzləyəcək - Danışıqlar başladı

01:30

"Barselona" 2 qolla 2-ci yerə yüksəldi

01:15

Üç qol “Liverpul”a 3 xal üçün kifayət etmədi

00:55

"Fiorentina"dan əzmkar qələbə

13 May 2024
22:20

Di Maria Türkiyə yolunda - Prezident bu keçidlə şəxsən məşğuldu

21:38

"Bayern" Premyer Liqa klubunun çalışdırıcısına tapşırılacaq - Bu, De Dzerbi deyil 

21:00

"Real" Karvaxalla bağlı qərarını verdi

20:30

İK-nın iclasında millinin yeni baş məşqçisi məsələsi müzakirə olunmayıb

20:15

AFFA klublara ayrılan məbləği artıra bilər

19:48

Qurban Qurbanov: "Düşündüyümüz məsələlərin hamısını birdən icra etmək mümkün deyil"

19:27

"Azərbaycan Premyer Liqasında iştirak edəcək klubların sayında artım olmayacaq" - AFFA prezidenti

18:45

Həkim baş məşqçinin bacarmadığını etdi

18:39

“Fire League”da pley-off oyunlarına start verildi

18:20

Azərbaycan millisi Macarıstana bu heyətlə yollanacaq

18:09

Türkiyə Kubokunun finalı bu stadionda keçiriləcək

17:50

İstanbul nəhəngi Madrid klubunun ulduzunu hədəfə aldı - SON DURUM

17:24

İngiltərə klubu baş məşqçisi ilə müqavilə yenilədi

17:02

Flikin "Bayern" rəhbərliyinə qoyduğu şərtlər bilindi - Onları da gətirəcək

16:45

Maria Stadnik ağır itki ilə üzləşdi

16:28

Simons PSJ-ni İspaniya nəhənginə dəyişmək istəyir

16:10

MY 1974-cü ildən bəri belə günə düşməmişdi

15:52

Sautgeyt MY-nin baş məşqçisi olacaq? - Özü dedi

15:32

Son turun təqvimi bilindi: "Qarabağ" bu arenada mükafatlandırılacaq

15:15

Məşhur futbolçunun əvəzinə qardaşı oynayıb - Klubunun aqibəti necə olacaq?

14:57

"Bilirdik ki, "Zirə" meydanın hər yerində pressinq tətbiq edəcək" - Adama Diakabi

14:39

“Mançester Yunayted” "Barselona" ilə ulduz mübadiləsi edir - Qrinvudun əvəzinə...

14:20

Final seriyasının təqvimi açıqlandı

14:04

Azərbaycan I Liqasında VAR-dan istifadə olunacaq

13:50

MY rəhbərliyi ənənəni bərbad mövsümə görə pozacaq

13:31

"Tottenhem"in ən böyük azarkeşi olacam" - "Arsenal"ın futbolçusu

13:13

Mamardaşvili oynamaq istədiyi klubun adını açıqladı

12:55

Şahruddinin klubu məşhur portuqaliyalını yola saldı

12:38

Bellingem komanda yoldaşını dünyanın ən yaxşısı adlandırdı

12:01

"Bayern Münhen" iki futbolçusunu yola salır - RƏSMİ

Facebookdan bizi izləməyi unutmayın.
X