Sabah İspaniyanın Malaqa şəhərində gənclər arasında Avropa Kuboku turniri keçiriləcək.
Fanat.Az xəbər verir ki, iki gün davam edəcək yarışda baş məşqçi Elxan Məmmədovun rəhbərliyi altında Azərbaycanı 17 oğlan cüdoçu təmsil edəcək.
Qeyd edək ki, Avropa Kubokunda ümumilikdə 22 ölkədən 318 cüdoçu qüvvəsini sınayacaq.