Düşənbədə (Tacikistan) Azərbaycan komandasının iştirakı ilə keçirilən cüdo üzrə Qran-Pri yarışı davam edir.
Fanat.Az xəbər verir ki, ikinci yarış günündə iki idmançımız tatami üzərinə çıxacaq.
Nurlan Osmanov (73 kq) turnirdə ilk döyüşünü Vikas Dalala (Hindistan) qarşı keçirəcək.
Eyni çəkidəki İbrahim Əliyev isə Abdulla Əliyevlə (Qırğızıstan) mübarizə aparacaq.
Qeyd edək ki, ilk gündən sonra komandamızın aktivində üç medal var. Turan Bayramov (60 kq) və Gültac Məmmədəliyeva (52 kq) gümüş, Yaşar Nəcəfov (66 kq) isə bürünc medal qazanıb.