Qadınlar və kişilər arasında cüdo üzrə Azərbaycan çempionatının ikinci gününün görüşləri keçirilib.
Fanat.Az xəbər verir ki, Hövsan qəsəbəsində yerləşən Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman Sağlamlıq Mərkəzində baş tutan yarışın ikinci günündə 4 çəki dərəcəsində 90 cüdoçu medallar uğrunda mübarizə aparıb.
Qadınlar -52 kq. və -70 kq, kişilər isə -66 kq. və -90 kq. çəki dərəcələrində qaliblər bəlli olub.
Qeyd edək ki, çempionata 17 dekabrda yekun vurulacaq.
Mükafatçıları təqdim edirik:
Qadınlar
-52 kq.
1. Zeynəb Məmmədova
2. Nuray Quliyeva
3. Ayşə Qurbanlı
3. Fəridə Mirzəyeva
-70 kq.
1. Günel Həsənli
2. Pərvanə Abdullayeva
3. Səkinə Baxşıyeva
3. Aygül İsmayılova
Kişilər
-66 kq.
1. Rəşad Yelkiyev
2. Tofiq Məmmədov
3. Zahir Ağazadə
3. Kamran Süleymanov
-90 kq.
1. Elcan Hacıyev
2. Vüqar Talıbov
3. İbrahim Ağakişiyev
3. Şamil Tuncay