Bakıda cüdo məşqçilərinə kata üzrə seminar keçirilib.
Fanat.Az xəbər verir ki, tədbir Avropa Cüdo Birliyinin Kata Komissiyasının rəhbəri, 7-ci dan ustası, doktor Bradik Slavisanın iştirakı ilə təşkil olunub.
Proqrama ümumilikdə 85 mütəxəssis cəlb edilib. B.Slavisa təlim zamanı cüdo texnikalarının və fəndlərinin təkmilləşdirilməsinə yönəlmiş tövsiyələrini və praktiki fikirlərini məşqçilərlə bölüşüb. Seminarda Azərbaycanın müxtəlif rayon və şəhərlərindən olan məşqçilər iştirak ediblər.
Qeyd edək ki, seminar Beynəlxalq Cüdo Federasiyasının Akademiyası ilə əməkdaşlıq çərçivəsində həyata keçirilib. ACF 2022-ci ilin əvvəlindən bu qurumla əməkdaşlıq edir.