Azərbaycanın daha bir cüdoçusu Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən dünya çempionatında mübarizəyə başlayıb.
Fanat.Az xəbər verir ki, 81 kq çəki dərəcəsində Zelim Tçkayev tatamiyə çıxıb.
25 yaşlı idmançı ilk raundda İtaliya təmsilçisi Antonio Espozitoya uduzub.
Qeyd edək ki, Azərbaycan yarışda 11 cüdoçu ilə təmsil olunur. Ötən gün Hidayət Heydərov (73 kq) dünya çempionu olub.