
Azərbaycan cüdoçusu Murad Fətiyev Özbəkistanın paytaxtı Daşkənddə keçirilən “Böyük Dəbilqə” turnirində uğura imza atıb.
Fanat.Az xəbər verir ki, 90 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz finalda Gürcüstanın əfsanəvi idmançısı, ikiqat Olimpiya çempionu Laşa Bekauri ilə qarşılaşıb.
Gərgin keçən həlledici görüşdə rəqibini məğlub edən Fətiyev turnirin qızıl medalına sahib olub.
Qeyd edək ki, daha əvvəl Ömər Rəcəbli (81 kq), Əhməd Yusifov qızıl, Balabəy Ağayev (hər ikisi 60 kq) isə gümüş medal qazanıblar.