14:58 14.04.2026 490

"Gələcəyin ümidləri" təlim proqramına seçilən cüdoçularla görüş təşkil olundu

"Gələcəyin ümidləri" təlim proqramına qatılan cüdoçularla görüş keçirilib.

Fanat.Az xəbər verir ki, görüşdə Azərbaycan Cüdo Federasiyasının (ACF) vitse-prezidenti Elnur Məmmədli, ACF-in icraçı vitse-prezidenti Rəşad Rəsullu, ACF prezidentinin müşaviri Natiq Bağırov, milli komandaların performans direktoru Riçard Trautman, həmçinin yeniyetmələrdən ibarət yığmaların məşqçilər heyəti iştirak ediblər.

Tədbirdə qeyd olunub ki, "Gələcəyin ümidləri" təlim proqramına U-16 və U-17 yaş qrupları üzrə "İstedadların seçimi" turnirinin iki turunun yekun reytinq sıralamasında hər çəki dərəcəsi üzrə ilk dörd pillədə qərarlaşan ümumilikdə 124 idmançı cəlb olunub.

Çıxışlar zamanı yeniyetmə cüdoçular proqramda yer almaları münasibətilə təbrik olunub, onların gələcək inkişafında texniki-taktiki hazırlığın mühüm rol oynadığı vurğulanıb. Bildirilib ki, bu yaş mərhələsində əsas prioritet yalnız nəticə qazanmaq deyil, eyni zamanda idmançıların düzgün formalaşdırılması, potensialının açılması və uzunmüddətli inkişafının təmin edilməsidir.

Bununla yanaşı, "İstedadların seçimi" turnirinin keçirilməsində başlıca məqsədin milli komanda üçün sağlam və rəqabətqabiliyyətli baza yaratmaq, perspektiv vəd edən cüdoçuları müəyyənləşdirmək, eləcə də dayanıqlı ehtiyat qüvvə formalaşdırmaq olduğu diqqətə çatdırılıb.
 

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

05 Avqust 2026
01:41

AL: 3-cü təsnifat mərhələsinə start verildi

01:30

KL: "Auda" minimal hesablı qələbəyə sevindi

01:14

ÇL: "Dinamo Zaqreb" darmadağına sevindi

00:33

"Trabzonspor" Salahı necə razı saldı?

04 Avqust 2026
23:43

"Turan Tovuz"dan 2 milyon dollarlıq müqavilə

23:12

Reynders A Seriyasına qayıdır

22:48

"Gəncə" Əlibəy Məmmədli ilə razılıq əldə edib

22:14

Fisnik Aslani "Leyptsiq" yolunda

21:51

Valdas Dambrauskas "Orhus"la matçdan əvvəl belə danışdı

21:19

"Tottenhem" Qakpo üçün hərəkətə keçdi

20:40

"Real"ın argentinalı ulduzu İtaliyaya gedir

20:19

"Qalatasaray" gənc futbolçunu istəsə də...

19:59

"Şamaxı" "Qəbələ"ni üstələdi

19:48

AMADA-nın maarifləndirmə proqramı keçirildi

19:21

Sadiq Quliyev "Karvan-Yevlax"da - RƏSMİ

18:48

I Liqada yeni mövsümün püşkü atıldı

18:09

Azərbaycan millisinin sabiq oyunçusu Region Liqasının debütantında oynayacaq

17:46

"Neftçi" bu komanda ilə yoxlama oyununa çıxacaq

17:35

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:32

"Kəpəz" moldovalı yarımmüdafiəçini heyətinə qatdı

17:13

"Şimal" "Metak"ın təmir edilməsini gözləyir

17:07

"Qarabağ" məşqçilərin peşəkar inkişafına yönəlmiş yeni təlim proqramına start verdi

16:48

Azərbaycanda yeni komanda yaradıldı

16:30

"Onlar da çempionluğa oynayacaqlar, amma..." - Vüqar Həsənov azarkeşlərə səsləndi

16:12

"Boluspor" azərbaycanlı futbolçunu transfer etdi

15:54

"Karvan-Yevlax" Elvin Yunuszadə ilə bağlı qərarını verdi

15:36

Ötən mövsümü Albaniyada keçirən azərbaycanlı qapıçının yeni iş yeri bilindi

15:18

Qurban Qurbanov jurnalistlərlə görüşəcək

15:01

Nəriman Axundzadənin "Ərzurumspor"da keçidi necə baş tutub? - Meneceri detalları açıqladı

14:42

"Mingəçevir"in taleyinə bu gün aydınlıq gələcək

14:24

"Qarabağ"ı Kiyev "Dinamo"su ilə oyunda neçə azarkeş dəstəkləyəcək?

14:24

Aslan Kərimov: "Qarabağ"la müqayisədə "Sabah"ın oyunu daha çətin keçəcək"

14:06

"Baku Sportinq" sponsorsuz oynayacaq

13:48

MOİK "bayquşlar"a qarşı

13:30

"Kağız üzərində favorit "Qarabağ"dır" - Aslan Kərimov

13:05

"İmişli" Ronaldo ilə yollarını ayırdı

12:46

"Liverpul" PSJ ilə danışıqlara başladı - Barkola "hə" dedi, fransızlar məbləği qaldırdı

12:27

Endrik yenə "Real Madrid"dən ayrılır?

12:08

ÇL: 3-cü təsnifat mərhələsi başlayır, "Sabah" gözləyir

11:49

Vozinyanın yeni klubu rəsmən bəlli oldu

Facebookdan bizi izləməyi unutmayın.
X