
Cüdo üzrə Azərbaycan milli komandasının üzvləri Slovakiyanın paytaxtı Bratislavada Olimpiya Təlim Düşərgəsinə qatılıblar.
Fanat.Az xəbər verir ki, informasiyanı ACF yayıb.
Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə keçirilən düşərgədə cüdoçularımız müxtəlif ölkələrin idmançıları ilə birgə məşqlər keçirlər.
Sentyabrın 18-də başa çatacaq təlim düşərgəsi oktyabrın 4-dən 11-dək Bakıda keçiriləcək dünya çempionatına hazırlıq məqsədi daşıyır.