Hövsanda yerləşən Fövqalədə Hallar Nazirliyinin İdman Kompleksində yeniyetmələr arasında cüdo üzrə Azərbaycan birinciliyinə start verilib.
Fanat.az xəbər verir ki, yarışın ilk günündə beş çəki dərəcəsində qaliblərin adlarına aydınlıq gəlib.
Samir Əlquliyev (-46 kq), Əlihümbət Qafarov (-60 kq), Vüqar Talıbov (-81kq), Könül Əliyeva (-48 kq) və Pərvanə Abdullayeva (-63 kq) bütün rəqiblərinə qalib gələrək Azərbaycan çempionu adını qazanıblar.
Azərbaycan Cüdo Federasiyası, Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən yarışa yanvarın 17-də yekun vurulacaq. Ölkə birinciliyində 74 klubdan 592 cüdoçu (505 oğlan, 87 qız) mübarizə aparır.
Azərbaycan Cüdo Federasiyası öz fəaliyyətində innovativ yeniliklərin tətbiqini davam etdirir. Belə ki, artıq bütün rəsmi yerli yarışlarımızı Beynəlxalq Cüdo Federasiyasının dünya cüdo turuna daxil olan Qran Pri, Böyük Dəbilqə, Masters, Dünya Çempionatı kimi mötəbər beynəlxalq yarışların standartlarında onlayn rejimdə canlı olaraq həm videosunu, həm də protokol gedişatını izləyə bilərsiniz.
Layihənin ilk sınağı olan 14-17 yanvar 2020-ci il tarixlərdə keçirilən U-18 yeniyetmələrin Azərbaycan birinciliyini aşağıdakı linkdən asanlıqda sadə qeydiyyatdan keçərək izləyə bilərsiniz.
https://live.ijf.org/jr_azebaku2020
Fanat.az