Avstriya Ali Federal Məhkəməsi cüdo yığmamızın sabiq baş məşqçisi Peter Zayzenbaxer barədə çıxarılan 5 illik həbs qərarını qüvvədə saxlayıb.
Fanat.Az xəbər verir ki, Avstriyanın paytaxtı Vyanada açdığı məktəbdə 3 azyaşlı qıza seksual təcavüz etdiyi ötən ilin dekabrında sübuta yetirilmiş ikiqat olimpiya çempionunun apellyasiya şikayəti rədd edilib.
Bu isə o deməkdi ki, artıq son sözü Vyana Regional Ali Məhkəməsi deyəcək.
Xatırladaq ki, cinayət işi açılan zaman özünə saxta pasport düzəldərək Avstriyadan qaçan Peter Ukraynada həbs olunmuşdu.
Zayzenbaxer 2012-2013-cü illərdə cüdo millimizi çalışdırıb.
Fanat.Az