Olimpiya çempionu, keçmiş cüdoçu Enur Məmmədli karantin günlərində sosial şəbəkədə akiv olmağa başlayıb.
Fanat.az xəbər verir ki, sosial şəbəkədən uzaq dayana E.Məmmədli dünən gecə saatlarında "Instagram” hesabında canlı yayım açaraq izləyicilərinin suallarını cavabıandırıb.
"Bozbash Pictures”də "Şöşü” rolunu canlandıran Ramil Babayev də canlı yayımda Elnur Məmmədliyə suallar ünvanlayıb. R.Babayev keçmiş idmançıya yarızarafat şəkildə "yenidən dünyaya gəlsə idiniz, yenə cüdoçu olardınız?” sualını verib.
Keçmiş cüdoçu isə "yox, müğənni olardım, Ağayar Axundzadə və Yaşar müəllim də produserim olardı” cavabını verib.
Digər maraqlı məqam isə cüdoçuya qadın izləyicilərindən birinin təklifi olub.
Belə ki, izləyicilərindən biri ona "mənim əsgərim ol” sözünü ürək işarəsi ilə qoyub. İdmansevərlədən biri isə həmin şərhə cavab olaraq, "evlidir, elə şeylər yazmayın, utandırdız” cavabını verib. Buna baxmayaraq "Səni görəndən sonra yatmaq olmur” -deyə, qeyd edib.
Fanat.Az