Xəbər verdiyimiz kimi, Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun müvafiq əmri ilə DİN-in İdman Cəmiyyətinin Regional Qurumunun baş inspektor vəzifəsinə keçmiş cüdoçu Mövlud Mirəliyev təyin olunub.
Fanat.Az xəbər verir ki, cüdo üzrə Pekin Olimpiya Oyunlarının mükafatçısı Mövlud Mirəliyev bununla bağlı Unikal.org-a açıqlama verib:
"Mən Dinamo İdman Cəmiyyətinin Gəncə şurasının rəisi vəzifəsinə bir aydan çoxdur təyin olunmuşam. Ancaq polis polkovnik-leytenantı rütbəsi bir həftədir verilib. Onu da deyim ki, əgər Pekində veteranların yarışı keçirilərsə qatılacam"
Qeyd edək ki, Mövlud Mirəliyev 2008-ci ildə Çinin Pekin şəhərində keçirilən XXIX Yay Olimpiya Oyunlarında bürünc medal qazanıb.
Fanat.Az