13:30 27.08.2021 1385

Tokio 2020: Cüdoçularımızdan iki qızıl, bir bürünc medal - YENİLƏNİB

Cüdoçumuz Namiq Abbaslı Tokio 2020 Yay Paralimpiya Oyunlarının bürünc medalını qazanıb.

Fanat.Az xəbər verir ki, 66 kiloqram çəki dərəcəsində yarışan idmançımız üçüncülük uğrunda həlledici qarşılaşmada ukraynalı David Xoravanı "vaza-ari" ilə yenib.

Beləliklə, cüdoçularımız günü 2 qızıl, 1 bürünc medalla başa vurub.

***12:22

Azərbaycanın daha bir cüdoçusu Tokio 2020 Yay Paralimpiya Oyunlarında qızıl medala sahib olub.

Fanat.Az xəbər verir ki, Vüqar Şirinli (60 kq) finalda qazaxıstanlı rəqibini "ippon"la (iki "vaza-ari") məğlub edərək, Paralimpiadanın qalibi olub.

Qeyd edək ki, bu, Azərbaycan komandasının Tokio 2020-də ümumilikdə üçüncü qızıl medalıdır. Qadın cüdoçu Şəhanə Hacıyevadan başqa, üzgüçü Roman Saley Paralimpiya Oyunlarının çempionu olub.

***11:47

Azərbaycan Tokio 2020 Yay Paralimpiya Oyunlarında ilk qızıl medalı qazanıb.

Fanat.Az xəbər verir ki, qadın cüdoçumuz Şəhanə Hacıyeva (48 kq) fransalı rəqibini "qızıl xal"da "ippon"la məğlub edərək, Paralimpiya çempionu olub.

***09.30

Tokio 2020 Yay Paralimpiya Oyunlarında cüdoçuların mübarizəsinə start verilib.

Fanat.Az xəbər verir ki, ilk yarış günündə dörd təmsilçimiz tatami üzərinə çıxıb. Qadınların 48 kiloqram çəki dərəcəsində çıxış edən Şəhanə Hacıyeva və 60 kq-da yarışan kişi cüdoçumuz Vüqar Şirinli Paralimpiadanın finalına yüksələrək ən azı gümüş medalı təmin ediblər. 

Şəhanə Hacıyeva öncə yaponiyalı Şizuka Hanqayı, yarımfinalda rusiyalı Viktoriya Potapavanı "ippon" xalı ilə yolundan uzaqlaşdırıb. Təmsilçimiz Paralimpiya çempionluğu uğrunda fransalı Sandre Martine ilə üz-üzə gələcək.

Vüqar Şirinli ilk görüşdə Recep Çiftçini (Türkiyə) "ippon", finalın biraddımlığında Aleks Boloqanı (Rumıniya) "vaza-ari" xalı ilə yenib. Cüdoçumuz həlledici görüşdə Anuar Sarıyev ilə münasibətləri aydınlaşdıracaq.

Kişilərin 66 kiloqram çəki dərəcəsində yer alan Namiq Abbaslı isə üçüncülük uğrunda mübarizə aparacaq. 1/4 finalda ispaniyalı Serxio İbanyes Banona "vaza-ari" ilə uduzan təmsilçimiz təsəlliverici mərhələyə qatılıb. O, əvvəlcə puerto-rikolu Serxio Peresi "ippon", ardınca Rusiya cüdoçusu Viktor Rudenkonu "vaza-ari" ilə məğlub edib. Abbaslı "bürünc" üçün ukraynalı David Xoravanın müqavimətini qırmalıdır.

Mübarizəyə qoşulan digər təmsilçimiz Bəsti Səfərova (52 kq) ilk görüşdə yaponiyalı Yui Fucivara ilə bacarmayıb. Təsəlliverici mərhələdə isə ukraynalı Nataliya Nikolayçuk idmançımız üçün keçilməz olub.

Medallar uğrunda həlledici qarşılaşmalar Bakı vaxtı ilə 11:00-da başlayacaq.

Qeyd edək ki, Paralimpiadanın cüdo yarışlarına avqustun 29-da yekun vurulacaq. Növbəti iki gündə daha 6 təmsilçimiz tatamiyə çıxacaq.

Sahib Əsədbəyli

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

25 Aprel 2024
12:25

Barış Şimşək yeni akademiya yaratdı - Azərbaycanda

11:56

"Budəfəki kimi oynasaq..." - Kapitan komanda yoldaşlarına səsləndi

11:39

"Qəfəs döyüşü deyil ki, rəhmimiz gəlsin" - Toral Bayramov

11:21

"Bu axşama görə azarkeşlərdən üzr istəyirəm"

11:03

Finalda təkrarlanan 6-cı cüt

10:44

"Liverpul" üçün sürpriz baş məşqçi - Kloppun xələfi bilindi

10:27

11-ci dəfə finala yüksələn "Qarabağ" "Neftçi"yə çatdı

10:09

Azərbaycan Kubokunda rekord qeydə alındı

09:48

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:24

"Bayer"də ayrılıq - Çempionu tərk edir, Almaniyanı yox

09:00

"Barselona" Xavi ilə bağlı qərarını verdi - Təsdiqləndi

01:17

MY-dən əzmkar qələbə, "Liverpul" derbidə uduzdu

24 Aprel 2024
21:55

Azərbaycan Kuboku: Finalda "Zirə" və "Qarabaĝ" qarşılaşacaqlar 

19:35

"Holand sabahkı oyuna hazır deyil" - Pep Qvardiola

18:45

Ten Haq maaşının bu qədərini itirəcək - MY ÇL-ə vəsiqə qazanmasa

17:55

Belarus UEFA-nın razılığı olmadan AÇ-nin yayımlamasına icazə verdi

17:38

"Çelsi" hələ bu vəziyyətə düşməmişdi - Tarixi antirekord

17:19

Van Persi "Feyenoord"un təklifini geri çevirdi - Bu klubu çalışdıracaq

16:56

Azərbaycanlı avarçəkən Türkiyədə iki medal qazandı

16:40

Hafiz Əliyev dünyasını dəyişdi

16:21

"Zəif legionerlərin axınının qarşısı alınar" - Kərimov Fanat.Az-ın təklifini dəstəklədi

16:03

"Fire League"-da növbəti tur başa çatdı

15:51

"Beş görüşdə beş qələbə..." - Trent Aleksander-Arnold

15:13

Fransanın elita klubu Zubiri istəyir

14:56

"Atletik"in kapitanı gedir - RƏSMİ

14:31

Rus futbolçunun İtaliyada 2 elçisi var

14:13

Madrid nəhəngi ukraynalı qapıçısına qiymət qoydu - MƏBLƏĞ

13:55

Quluzadə Belçikada medal qazandı

13:34

Karlos Teves xəstəxanaya yerləşdirildi

13:16

Venger bu məşqçiyə dəstək oldu: "Gedəcəyini çox tez dedi" 

12:58

"Hər şey mümkündür" - Kadi 

12:40

Azərbaycan çempionatı: Növbəti finalçı da müəyyənləşdi

12:21

Klopp derbidən öncə fikirlərini bölüşdü

12:02

Feras cəzalı getdi, "Qəbələ"nin daha 2 itkisi var - Adlar

11:44

Mbappe PSJ-dən getmək üçün inanılmaz məbləğdən imtina etməlidir

11:27

"Arsenal" 30 ildən sonra bunu bacaran ilk klub oldu

11:03

Son tur liderlərin dueli ilə başlayır

10:42

"Qarabağ" - "Neftçi" qarşılaşmasının hakimləri bilindi

10:26

Mamardaşvili hansı klubda oynayacağına qərar verdi - SON DURUM

10:07

Samir Abasov İspaniyada - Xavi ilə görüşəcək

Facebookdan bizi izləməyi unutmayın.
X