13:49 28.08.2021 1851

Tokio 2020: Azərbaycan altıncı \"qızıl\"ını qazandı - YENİLƏNİB

Daha bir cüdoçumuz Tokio 2020 Yay Paralimpiya Oyunlarının qızıl medalını qazanıb.

Fanat.Az xəbər verir ki, kişilərdən ibarət millimizin 81 kiloqram çəki dərəcəsindəki üzvü Hüseyn Rəhimli finalda Özbəkistan təmsilçisini "qızıl xal"da "ippon"la məğlub edib.

Beləliklə, bu gün mübarizəyə qoşulan hər üç cüdoçumuz çıxışını maksimum nəticə ilə başa vurub.

Qeyd edək ki, Azərbaycan komandası Tokio 2020-də altı qızıl medal qazanıb. Bunlardan beşi cüdo, biri üzgüçülük millimizin aktivindədir. Paralimpiyaçılarımızın hesabında Oyunların 2 bürünc (pauerliftinq və cüdo) medalı da var.

***12:51

Azərbaycan cüdoçusu Xanım Hüseynova Tokio 2020 Yay Paralimpiya Oyunlarının qızıl medalını qazanıb.

Fanat.Az xəbər verir ki, qadınlardan ibarət millimizin 63 kiloqram çəki dərəcəsindəki üzvü finalda Ukrayna təmsilçisini "vaza-ari" xalı ilə məğlub edib.

Qeyd edək ki, bu, Azərbaycan komandasının Tokio 2020-də gün ərzində ikinci, ümumilikdə beşinci qızıl medalıdır. Bu gün cüdo millimizin digər üzvü Sevda Vəliyeva, avqustun 27-də isə Şəhanə Hacıyeva, Vüqar Şirinli (hər ikisi cüdo) və Roman Saley (üzgüçülük) Paralimpiya çempionu olub.

Bu gün daha bir təmsilçimiz finalda mübarizə aparacaq. Kişilərdən ibarət cüdo millimizin 81 kq çəki dərəcəsindəki üzvü Hüseyn Rəhimli Özbəkistan cüdoçusu ilə "qızıl"ın taleyinə aydınlıq gətirəcək.

***11:38

Azərbaycan cüdoçusu Sevda Vəliyeva Tokio 2020 Yay Paralimpiya Oyunlarının qızıl medalını qazanıb.

Fanat.Az xəbər verir ki, qadınlardan ibarət millimizin 57 kiloqram çəki dərəcəsindəki üzvü finalda Özbəkistan təmsilçisini "vaza-ari" xalı ilə məğlub edib.

Qeyd edək ki, bu, Azərbaycan komandasının Tokio 2020-də dördüncü qızıl medalıdır. Vəliyevaya qədər cüdoçular Şəhanə Hacıyeva, Vüqar Şirinli və üzgüçü Roman Saley Paralimpiya çempionu olub.

Bu gün daha iki təmsilçimiz finalda mübarizə aparacaq. Xanım Hüseynova (63 kq) Ukrayna, kişilərdən ibarət millimizin 81 kq çəki dərəcəsindəki üzvü Hüseyn Rəhimli Özbəkistan cüdoçusu ilə "qızıl"ın taleyinə aydınlıq gətirəcək.

***09:20

Tokio 2020 Yay Paralimpiya Oyunların cüdo yarışlarının ikinci günündə daha üç təmsilçimiz mübarizəyə qoşulub.

Fanat.Az xəbər verir ki, hər üç cüdoçumuz Paralimpiadanın finalına vəsiqə qazanıb. 

Sevda Vəliyeva (57 kq) ilk olaraq qazaxıstanlı Dayana Fedossovanı, ardınca türkiyəli Zeynep Çeliki "ippon'la yolundan uzaqlaşdırıb. İdmançımız finalda özbəkistanlı Parvina Səməndərova ilə münasibətləri aydınlaşdıracaq.

Digər qadın cüdoçumuz Xanım Hüseynova (63 kq) da mübarizəyə 1/4 finaldan start verib. Xanım ilk görüşdə yaponiyalı Hiroka Kudonu "ippon"la yenib, yarımfinalda isə çinli Yu Vanqı tatamidən "vaza-ari" xalı ilə məğlub yola salıb. Təmsilçimizin finaldakı rəqibi ukraynalı İrina Husiyeva olacaq.

Kişilərin yarışındakı təmsilçimiz Hüseyn Rəhimli mübarizəyə Daniel Pauellə (Böyük Britaniya) start verib. İppon" xalı ilə rəqibini üstələyən cüdoçumuz yarımfinalda Cənubi Koreya təmsilçisi Yun Min Liyə də eyni aqibəti yaşadıb. Hüseyn paralimpiya çempionluğu uğrunda Davurxon Karomatov (Özbəkistan) ilə üz-üzə gələcək.

Finallar Bakı vaxtı ilə 11:00-da başlayacaq.

Qeyd edək ki, cüdoçularmız ilk yarış gününü 2 "qızıl", 1 "bürünc"lə tamamlayıb. Ümumilikdə Azərbaycan Paralimpiya komandasının Tokio 2020-də rəsmiləşmiş 5 medalı var (3 qızıl, 2 bürünc).

Sahib Əsədbəyli

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

24 Aprel 2024
21:55

Azərbaycan Kuboku: Finalda "Zirə" və "Qarabaĝ" qarşılaşacaqlar 

19:35

"Holand sabahkı oyuna hazır deyil" - Pep Qvardiola

18:45

Ten Haq maaşının bu qədərini itirəcək - MY ÇL-ə vəsiqə qazanmasa

17:55

Belarus UEFA-nın razılığı olmadan AÇ-nin yayımlamasına icazə verdi

17:38

"Çelsi" hələ bu vəziyyətə düşməmişdi - Tarixi antirekord

17:19

Van Persi "Feyenoord"un təklifini geri çevirdi - Bu klubu çalışdıracaq

16:56

Azərbaycanlı avarçəkən Türkiyədə iki medal qazandı

16:40

Hafiz Əliyev dünyasını dəyişdi

16:21

"Zəif legionerlərin axınının qarşısı alınar" - Kərimov Fanat.Az-ın təklifini dəstəklədi

16:03

"Fire League"-da növbəti tur başa çatdı

15:51

"Beş görüşdə beş qələbə..." - Trent Aleksander-Arnold

15:13

Fransanın elita klubu Zubiri istəyir

14:56

"Atletik"in kapitanı gedir - RƏSMİ

14:31

Rus futbolçunun İtaliyada 2 elçisi var

14:13

Madrid nəhəngi ukraynalı qapıçısına qiymət qoydu - MƏBLƏĞ

13:55

Quluzadə Belçikada medal qazandı

13:34

Karlos Teves xəstəxanaya yerləşdirildi

13:16

Venger bu məşqçiyə dəstək oldu: "Gedəcəyini çox tez dedi" 

12:58

"Hər şey mümkündür" - Kadi 

12:40

Azərbaycan çempionatı: Növbəti finalçı da müəyyənləşdi

12:21

Klopp derbidən öncə fikirlərini bölüşdü

12:02

Feras cəzalı getdi, "Qəbələ"nin daha 2 itkisi var - Adlar

11:44

Mbappe PSJ-dən getmək üçün inanılmaz məbləğdən imtina etməlidir

11:27

"Arsenal" 30 ildən sonra bunu bacaran ilk klub oldu

11:03

Son tur liderlərin dueli ilə başlayır

10:42

"Qarabağ" - "Neftçi" qarşılaşmasının hakimləri bilindi

10:26

Mamardaşvili hansı klubda oynayacağına qərar verdi - SON DURUM

10:07

Samir Abasov İspaniyada - Xavi ilə görüşəcək

09:50

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:10

İranlı qapıçı futboldan uzaqlaşdırıldı - Qeyri-adi səbəb

01:20

“Arsenal” “Çelsi”ni darmadağın etdi

23 Aprel 2024
21:41

"Veteran və həvəskar idmançıların komanda liqası" yarışı başa çatıb

20:34

Dümfrisdən ilk skudettosu ilə bağlı emosional açıqlama

19:35

David De Xeanın yeni klubu bilindi - İspaniyada oynayacaq

18:40

"Barselona" "Çelsi"nin oyunçusunu aparır

18:20

"Barselona" ilə "Bayern"in xəyalı suya düşdü

18:03

"Azərreyl" Azərbaycan çempionu oldu

17:51

Modriç gedir, yoxsa qalır?

17:34

"Bu işlə 65 yaşımda da vidalaşmaq planım yoxdur" - Joze Mourinyu

17:11

Qadınlardan ibarət Azərbaycan yığması Belarusdakı turnirə qatılacaq

Facebookdan bizi izləməyi unutmayın.
X