Sentyabrın 24-dən 26-dək Zaqrebdə keçiriləcək cüdo üzrə Qran-Pri turniri üçün Azərbaycan yığmasının ilkin heyəti açıqlanıb.
Fanat.Az xəbər verir ki, millimiz yarış üçün 5 cüdoçu sifariş edib.
Bunlar Balabəy Ağayev (60 kq), İbrahim Əliyev (66 kq), Telman Vəliyev (73 kq), Məmmədəli Mehdiyev (90 kq) və İmran Yusifovdur (+100 kq).
Qeyd edək ki, Zaqreb Qran-Prisi Tokio 2020 Yay Olimpiya Oyunlarından sonra "Dünya Turu" seriyası çərçivəsində baş tutacaq ilk turnirdir.