Sentyabrın 9-dan 12-dək Lüksemburqda keçiriləcək cüdo üzrə gənclər arasında Avropa çempionatı üçün Azərbaycan yığmasının yekun heyəti məlum olub.
Fanat.Az xəbər verir ki, yarışda ölkəmizi 9-u oğlan, 3-ü qız olmaqla 12 cüdoçu təmsil edəcək.
Məşqçilər heyəti oğlanlardan Turan Bayramov, Qasım Vəlizadə (hər ikisi 60 kq), Rəşad Quluzadə, Çingiz Fəttahov (66 kq), Nəriman Mirzəyev, Zaməddin Poladov (73 kq), Elcan Hacıyev, Ömər Rəcəbli (81 kq) və Ruslan Nəsirliyə (100 kq) şans verəcək.
Qızlardan isə Könül Əliyeva, Aydan Vəliyeva (48 kq) və Ülviyyə Bayramova (52 kq) tatami üzərinə çıxacaq.
Qeyd edək ki, sentyabrın 9-dan 11-dək fərdi, son gündə isə qarışıq komanda yarışı baş tutacaq. Azərbaycan yığması komanda yarışında təmsil olunmayacaq.
Sahib Əsədbəyli