Lüksemburqda cüdo üzrə gənclər arasında Avropa çempionatı start götürüb.
Fanat.Az xəbər verir ki, yarışın ilk günündə tatamiyə çıxan Azərbaycanın 7 təmsilçisindən yalnız qızların 48 kiloqram çəki dərəcəsində çıxış edən Aydan Vəliyeva mükafata layiq yer tutub. İspaniya, Portuqaliya və İsraildən olan rəqiblərini üstələyən millimizin üzvü finalda rusiyalı həmkarına uduzaraq gümüş medalla kifayətlənib.
Qeyd edək ki, 43 ölkədən 351 cüdoçunun iştirak etdiyi Avropa çempionatına sentyabrın 12-də yekun vurulacaq. Üç gün fərdi, son gündə isə komanda yarışı baş tutacaq. Yarışa 12 nəfərlik heyətlə yollanan Azərbaycan millisi komanda turnirində təmsil olunmayacaq.
Sahib Əsədbəyli