Sloveniyalı Olimpiya çempionu Tina Trstenyak Bakıda keçiriləcək cüdo üzrə "Böyük Dəbilqə" turnirində iştirak edəcək.
Fanat.Az xəbər verir ki, Rio 2016-nın qızıl, Tokio 2020-nin gümüş mükafatçısının adı turnir üçün sifariş olunan cüdoçuların sırasında yer alıb.
63 kiloqram çəki dərəcəsində mübarizə aparan 31 yaşlı dünya və üçqat Avropa çempionu ilə birgə Sloveniya millisinin 13 üzvünün paytaxtımızda çıxışı nəzərdə tutulub.
Qeyd edək ki, Bakı "Böyük Dəbilqə" yarışı noyabrın 5-dən 7-dək baş tutacaq.
Sahib Əsədbəyli