Sentyabrın 24-də Zaqrebdə start götürən cüdo üzrə Qran Pri turnirində bu gün ilk təmsilçimiz mübarizəyə qoşulacaq.
Fanat.Az xəbər verir ki, millimizin 73 kiloqram çəki dərəcəsindəki üzvü Hidayət Heydərov yarışa 1/16 finaldan başlayacaq. Avropa çempionu və mundialların ikiqat bürünc mükafatçısı burada israilli Yehonatan Elbazın müqavimətini qırmağa çalışacaq.
Qeyd edək ki, 35 ölkədən 243 cüdoçunun iştirak etdiyi turnirə sabah yekun vurulacaq. Son gündə daha bir təmsilçimiz - Məmmədəli Mehdiyev (90 kq) tatamiyə çıxacaq.
Sahib Əsədbəyli