Beynəlxalq Cüdo Federasiyası (IJF) ilin yekunları ilə bağlı sorğu keçirir.
Fanat.Az qurumun rəsmi saytına istinadən xəbər verir ki, səsvermə 6 nominasiya üzrə aparılır.
İzləyicilər dekabrın 10-dək ilin kişi və qadın cüdoçularını, ilin yüksələn ulduzunu, ilin məşqçisini, ilin ipponunu və ilin anını müəyyənləşdirəcəklər.
Hər nominasiya üzrə 5 namizəd təqdim olunub. Azərbaycandan heç kim namizədlər arasında yer almayıb.
Qaliblər dekabrın 18-də elan olunacaq.
Sahib