Cənubi koreyalı cüdo üzrə dünya çempionu An Çanqrimin karyerasını bitirdiyi barədə xəbər vermişdik.
Fanat.Az-ın məlumatına görə, 27 yaşlı idmançının bununla bağlı sosial şəbəkə hesabında etdiyi paylaşıma azarkeşlər və bir sıra tanınmış cüdoçular rəy bildiriblər. Həmçinin Azərbaycan millisinin kapitanı Rüstəm Orucov həmkarına "hər şey üçün təşəkkürlər, çempion" şərhini yazıb.
Qeyd edək ki, An Çanqrim Avropa çempionu, Rio-2016 Olimpiadasının və dünya çempionatlarının ikiqat gümüş mükafatçısı olan R. Orucovun tatamidə ən çox qarşılaşdığı idmançılardan biridir. Onlardan daha yaddaqalanları 2017-ci ildə Budapeştdə keçirilən dünya çempionatının yarımfinal və Tokio-2020 Yay Olimpiya Oyunlarının bürünc medal görüşüdür. Mundialda cüdoçumuz, Olimpiadada isə rəqib qalib gəlib.