Yanvarın 14-də yeniyetmə cüdoçuların Azərbaycan birinciliyinə start veriləcək.
Fanat.Az xəbər verir ki, Hövsan qəsəbəsində yerləşən Fövqəladə Hallar Nazirliyinin İdman Sağlamlıq Mərkəzində keçiriləcək yarışda ölkənin müxtəlif rayon və şəhərlərindən olan klub, cəmiyyət və təşkilatlardan 479 oğlan, 89 qız idmançı mübarizə aparacaq.
Üç gün davam edəcək ölkə birinciliyində qızlar -36, -40, -44,-48, -52, -57, -63,-70, +70 kq, oğlanlar isə -46, -50, -55, -60, -66, -73, -81, -90, +90 kq çəki dərəcələrində güclərini sınayacaqlar.