Cüdo üzrə 18 yaşadək yeniyetmələrin Azərbaycan birinciliyinə yekun vurulub.
Fanat.Az Azərbaycan Cüdo Federasiyasına istinadən xəbər verir ki, sonuncu - üçüncü gündə oğlanlar arasında 55 (61 nəfər), 73 (44 nəfər), +90 (24 nəfər), qızlar arasında isə 44 (7 nəfər), 57 (10 nəfər), +70 (5 nəfər) kiloqram çəki dərəcələrində yarışlar keçirilib.
Qızlarda Xumar Qasımzadə (44 kq), Telli Atazadə (57 kq) və Nigar Süleymanova (70 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Oğlanlarda isə Fikrət Nəcəfov (55 kq), Süleyman Əliyev (73 kq) və Ramazan Əhmədov (+90 kq) qalib olublar.
Ümumkomanda hesabında Bakı şəhəri 13 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbi birinci yeri tutub. “Neftçi” idman klubu ikinci, Təhsil Respublika İdman Mərkəzinin Sumqayıt şəhər 1 saylı Uşaq-Gənclər İdman Məktəbinin komandası üçüncü yerə sahib olublar.
Qeyd edək ki, birincilikdə ümumilikdə, 514 idmançı (439 oğlan, 75 qız) medallar uğrunda mübarizə aparıb.