Azərbaycan Cüdo Federasiyasının yeni rəhbərliyi idmançı və məşqçilərin mediaya danışmasını yasaqlayıb.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, ACF rəhbərliyi ən azı qarşıdakı bir ayda federasiyanın məşqçi və idmançı heyətinin media nümayəndələri ilə əlaqəsinə qadağa qoyub.
Qeyd edək ki, Azərbaycan Cüdo Federasiyasının prezidenti rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevdir. O, 2021-ci ilin noyabrında bu postda SOCAR-ın prezidenti Rövnəq Abdullayevi əvəzləyib.