18:11 01.05.2022 556

AÇ: Mehdiyevdən "bürünc", Qasımov medalsız qaldı

Azərbaycan cüdoçusu Elmar Qasımov Bolqarıstanın paytaxtı Sofiyada keçirilən Avropa çempionatında bürünc medal görüşünə çıxıb.

Fanat.Az xəbər verir ki, 100 kiloqram çəki dərəcəsində rəqib İsveçrə təmsilçisi Daniel Eyx olub. Rəqibinə "ippon"la uduzan Qasımov 5-ci yerlə kifayətlənib.

Bununla da Azərbaycan millisi Avropa çempionatını 3 medalla başa vurub. Hidayət Heydərov (73 kq) qızıl, Rüstəm Orucov (73 kq) və Məmmədəli Mehdiyev (90 kq) bürünc medala yiyələnib.

*** 17:14

Azərbaycan cüdoçusu Məmmədəli Mehdiyev Bolqarıstanın paytaxtı Sofiyada keçirilən Avropa çempionatında bürünc medal görüşünə çıxıb.

Fanat.Az xəbər verir ki, 90 kiloqram çəki dərəcəsində çıxış edən 29 yaşlı idmançı macarıstanlı Kristian Totla üz-üzə gəlib. Rəqibinə verilən üç xəbərdarlıq hesabına qalib gələn Mehdiyev karyerasında üçüncü dəfə qitə çempionatının bürünc medalına sahib çıxıb. O, daha əvvəl 2019 və 2020-ci illərdə analoji yarışı üçüncü pillədə başa vurub.

Qeyd edək ki, bu gün, həmçinin Elmar Qasımov (100 kq) bürünc medal görüşünə çıxacaq. 31 yaşlı cüdoçunun rəqibi isveçrəli Daniel Eyx olacaq.

*** 15:20

Bolqarıstanın paytaxtı Sofiyada keçirilən Avropa çempionatında bu gün Azərbaycanın son 3 cüdoçusu mübarizəyə qoşulub.

Fanat.Az xəbər verir ki, kişilərin 90 kiloqram çəki dərəcəsində Məmmədəli Mehdiyev, 100 kq-da Elmar Qasımov, +100 kq-da isə Uşanqi Kokauri tatami üzərinə çıxıblar.

Mehdiyev və Qasımov 1/4 final mərhələləsində uduzaraq finala yüksələ bilməsələr də, bürünc medal görüşündə iştirak hüququ qazanıblar. Fəxri kürsünün 3-cü pilləsində yer almaq üçün onlar müvafiq olaraq Kristian Tot (Macarıstan) və Daniel Eyx (İsveçrə) üzərində qələbə qazanmalıdırlar.

Yalnız ilk görüşündə qalib gələn Kokauri isə sonda 7-ci yerlə kifayətlənib.

Final bloku Bakı vaxtı ilə saat 17:00-da başlayacaq. Görüşlər İdman TV vasitəsilə canlı yayımlanacaq.

***

Bu gün Bolqarıstanın paytaxtı Sofiyada cüdo üzrə Avropa çempionatına yekun vurulacaq.

Fanat.Az xəbər verir ki, yarışın sonuncu - üçüncü günündə Azərbaycanın daha 3 cüdoçusu tatami üzərinə çıxacaq.

Kişilərin 90 kiloqram çəki dərəcəsində yer alan Məmmədəli Mehdiyev startda çexiyalı David Klammertlə, 100 kq-dakı Elmar Qasımov fransalı Sedrik Olivarla, 100 kiloqramdan yuxarı çəkidə çıxış edən Uşanqi Kokauri isə Belçika təmsilçisi Yves Ndao ilə üz-üzə gələcək. Mehdiyev və Qasımovun görüşü 1/16, Kokaurinin qarşılaşması 1/8 final mərhələsi çərçivəsində baş tutacaq.

Qeyd edək ki, Azərbaycan millisinin hesabında hazırda 2 medal var. 73 kq-da mübarizə aparan Hidayət Heydərov qızıl, eyni çəkidəki Rüstəm Orucov bürünc mükafat qazanıb.

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

19 Aprel 2024
12:54

"Liverpul"u keçməyə medal düşür" - Can Pyero Qasperini

12:30

Konfrans Liqası: Həftənin ən yaxşı oyunçusu adına namizədlər açıqlandı

12:11

MPL: Turun təyinatları bəlli oldu

11:53

Avropa Liqası: Həftənin ən yaxşı oyunçusu adına namizədlər bilindi

11:28

Mourinyu ÇL-i hansı komandanın qazanmasını istədiyini açıqladı

11:09

"Atalanta" yarımfinala adlamağı 100 faiz haqq edir" - Yürgen Klopp

10:50

MPL: "Turan Tovuz" "Sumqayıt"ı qəbul edir - YENİLƏNİR

10:30

"Bayer Leverkuzen"dən inanılmaz rekord

09:45

Həftəsonu oyunlar bu kanallarda - AFİŞA 

02:10

AL: "Bayer" yenə son dəqiqədə sevinib yarımfinala adladı

01:56

KL: "Fənərbağça"nı yarımfinala buraxmadılar 

18 Aprel 2024
20:56

"Siti" ilə oyundan öncə Karlonun əsnədiyini gördüm və..." - Ançelotti Bellingemdən nə istəyib?

19:27

"Real"ın əfsanələri bir araya gəlir - 14 il sonra

18:39

"Arsenal" illərdir Münhendə qələbə qazana bilmir

18:08

Kişi voleybolçular arasında Azərbaycan çempionatında ikinci finalçı bilindi

17:55

"90 dəqiqə mübarizə aparmağa fiziki gücümüz çatmır" - Ədəhim Niftəliyev

17:28

"Çox məyusam, hamımız pərişanıq" - Deklan Rays

17:09

"Sumqayıt" "Turan Tovuz"la görüşə neçə itki ilə çıxacaq? - AÇIQLAMA

16:52

U-17-nin heyətində dəyişiklik edildi

16:29

"Turan Tovuz" "Sumqayıt"la oyuna 4 itki ilə çıxacaq

16:12

"Müstəsna futbol oynadıq, amma..." - Xosep Qvardiola

15:52

U-17 beynəlxalq turnirə gedir

15:35

"Roma" De Rossi ilə bağlı qərarını açıqladı - SON DURUM

15:17

"Oyun ərzində "Real" üzərində dominantlıq etdik" - Ruben Diaş

14:50

Umbayev Paralimpiadanın cüdo yarışlarına dəvət aldı

14:34

Azərbaycan millisinin kapitanı çempion oldu

14:15

"Heç vaxt belə bir şey xəyal edə bilməzdim" - Cud Bellingem

13:57

Yeni pəncərə açılıb, yeni nəfəs hələ yoxdu

13:40

"Mançester Siti" bizdən yaxşı futbol oynayır, amma..." - Federiko Valverde

13:23

"Real"ı "lotoreya"da güldürən qələbə - VİDEO

13:06

AFFA 30-cu turun cəzalarını açıqladı

12:58

"Yolumuza davam edəcəyimizə əmin idik" - Karlo Ançelotti

12:40

"Öyrənməliyik" - Mikel Arteta

12:21

Devid İtaliya nəhəngi ilə anlaşdı - Bu qiymətə

11:05

ÇL: Həftənin ən yaxşısı adına namizədlər bilindi

10:25

"Premyer Liqada iştirakımıza mane olacaq heç bir əngəl yoxdur" - "Zaqatala"nın baş məşqçisi

10:06

İddiaçılar Turniri: Nicat Abasov yenə uduzdu

09:23

"Bayer"in ilk yay transferi bilindi

09:00

BOStan, yoxsa idman qurğusu?

01:52

ÇL: "Bayern"lə "Real" yarımfinalda 

Facebookdan bizi izləməyi unutmayın.
X