14:10 01.05.2022 1048

\"Hidayətə dedim ki, udmasan, özündən küs\" - Rüstəm Orucov

Bolqarıstanda keçirilən cüdo üzrə Avropa çempionatında bürünc medal qazanan kişilərdən ibarət Azərbaycan yığmasının kapitanı Rüstəm Orucovun (73 kq) Fanat.Az-a müsahibəsi

- Rüstəm, bu, Tokio-2020 Yay Olimpiya Oyunlarından sonra ilk medalındır. Təəssüratlarını öyrənək.

- Tokioda medalsız qalmaq mənə həqiqətən çox pis təsir etmişdi. Yenidən məşqlərə, yarışlara uyğunlaşmaq baxımından problem yaşadım. Üstəlik, zədələr də məni narahat edirdi. Bu səbəblərdən ardıcıl iki yarışda uduzdum. Açığı, mənəvi sınmışdım. Kənardan bəzi sözlər eşidirdim. Deyirmişlər ki, artıq qocalıb, vaxtı gedib. Özümə söz vermişdim ki, nə olur-olsun, Avropa çempionatında medal qazanmalıyam. Şükür ki, bacardım. Bu "bürünc" mənə çox böyük motivasiya verdi. Bir növ özümü özümə bir daha sübut elədim. Hiss etdim ki, hələ sözümü deyə bilərəm. 

- Daha yaxşısı mümkün idimi? Konkret desək, uduzduğun Bolqarıstan idmançısı ilə görüşdə nə çatmadı?

- Mark Xristov keçiləcək rəqib idi. Bundan əvvəl, səhv etmirəmsə, Düsseldorf "Böyük Dəbilqə"sində onu udmuşam. Sadəcə, ev sahibliyi amilinə görə ona müəyyən dəstək oldu. Belə desək, hakimlər Xristovu "dartdılar". Fəndim xalla qiymətləndirilmədi. Görüşün gedişində taktikanı elə qurmuşdum ki, onu "şido"larla keçim. Amma gördüm ki, hakimlərin xəbərdarlıq vermək fikri yoxdur. Belədə, tək yol tutarlı fənd atmaq idi. Risk elədim, o da bunu gözləyirmiş, məni əks fənddə yaxaladı. 

- Avropa çempionatlarında beşinci medalındır. Bu göstəricidə yığmanın məşqçisi Elçin İsmayılovla birgə Azərbaycan cüdosunda şərikli rekordçu oldun...

- Elçin İsmayılovu uşaqlıqdan tanıyıram. "Atilla"da bizə dəfələrlə master-klass keçib. Həmişə ona baxanda düşünürdük, görəsən, biz də nə vaxtsa bu qədər medal qazana bilərikmi? Uğurları əlçatmaz təsir bağışlayırdı. İndi medal sayında ona çatmışam. Keçmişi düşünəndə, bu, özümə də qəribə gəlr. Medalların sayını artırmaq imkanım var. Hələ davamı olacaq.

- 73 kiloqram çəki dərəcəsində çempion komanda yoldaşın və əzəli rəqibin Hidayət Heydərov oldu. Onun bu uğurunu necə qarşıladın?

- Bəziləri düşünə bilər ki, Hidayət uğur qazananda mən pis oluram, amma xeyr, bu, belə deyil. Əksinə, çox sevinirəm. Onun uğuru mənə də stimul verir. Hətta finaldan qabaq Hidayətə yaxınlaşıb dedim ki, udmasan, özündən küs. Dedim, himni birgə oxumalıyıq.

- Hidayət cari Olimpiya tsiklinin əvvəlindən özünü, demək olar, ən yaxşı tərəfdən göstərir. Ardıcıl turnirlərin qalibi, mükafatçısı oldu, nəhayət, beş illik aradan sonra Avropa çempionatında baş mükafata yiyələndi. Onunla növbəti "Olimpiya savaşı" barədə nə düşünürsən?

- Sözün düzü, hələlik Olimpiada barədə düşünmürəm. Diqqəti qarşıdakı dünya çempionatına, dövrü turnirlərə yönəltmişəm. Paris-2024-ə bir il, il yarım qalmış Olimpiada haqqında fikirləşmək olar. Təbii ki, onadək də boş qalmaq olmaz. Çalışmalıyam ki, reytinqimi artırım. Ümumi götürəndə, bəli, razıyam ki, Hidayət hazırda məndən yaxşıdır. Reytinqdə də artıq ikinci pilləyə yüksəldi. 

- Dünya çempionatından öncə təqvimdə İslam Həmrəyliyi Oyunları var. Bu yarışla bağlı hədəfin nədir?

- İstəyirəm, İslamiadada gənclərə yol verim. 2011-ci ildən bu yana demək olar ki, bütün əsas yarışlarda özüm güləşmişəm. Qoy bu dəfə də onlar iştirak eləsin. Mənim əsas hədəfim Daşkənddəki dünya çempionatıdır. Orada sözümü yenidən deməliyəm.

- Yığmanın yeni baş məşqçisi Rixard Trautman barədə fikirlərin də maraqlıdır...

- Məncə, yaxşı təyinatdır. Anlaşa bilirik. Fərqli məşq metodu var. Cəmi iki aydır gəlib. Ümid edirik ki, hamımız üçün uğurlu olacaq.

Sahib Əsədbəyli

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

06 May 2024
23:07

"Xüsusi sevinməyə dəyməz, sonuncu yerdəyik" - Kaxaber Tsxadadze

20:55

MPL: "Səbail" "Qəbələ"yə uduzdu

20:52

"Əminik ki, vəziyyəti dəyişə və finala yüksələ bilərik" - Kilian Mbappe

19:33

İspaniyalı oyunçu "Atletiko" ilə yeni müqavilə bağlamadı - İngilis klubunda oynayacaq

18:45

Fransa futbol tarixinin ən yaxşı müdafiəçisi bilindi - Desayi ikincidir

17:52

"Kocaelispor"un prezidenti Şeydayevi qınadı

17:27

FİFA ilk dəfə futzal millilərinin reytinqini təqdim etdi - Azərbaycanın da mövqeyi bilindi

17:27

Bakı dünyanın "İdman Paytaxtı” seçildi!

17:20

Misli.az ilə “Avro-2024”ün final oyununa səyahət paketi qazan

17:15

Müller "Real"la cavab matçından nə gözləyir?

16:24

İkiqat dünya çempionunun heyətinə həvəskar futbolçu çağırıldı

16:05

"Heç-heçələr bizi xoşbəxt edə bilməz, amma..." - Daniele De Rossi

15:48

Əfsanəvi argentinalı dünyasını dəyişdi

15:30

Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq

15:14

"Karyeramı "Araz-Naxçıvan"da bitirmək istəyirəm"

14:55

"Vest Hem"i ispan mütəxəssis çalışdıracaq

14:26

Useyn Bolt Mbappeni yarışmağa dəvət etdi - Fransız futbolçunun cavabı nə oldu?

14:07

Juninyo gedir, yoxsa qalır? - TƏFSİLAT

13:49

Millinin oyunlarının vaxtı bilindi

13:32

"Səbail" "Qəbələ" ilə oyuna neçə itki ilə çıxacaq? - AÇIQLAMA

13:14

London nəhəngi keçmiş qapıçısını geri qaytarır

12:55

Abdullah Zubir qərarını verib, amma... - SON DURUM

12:36

Kapitanlardan final öncəsi iddialı danışdılar

12:18

Roke "Barselona"dan gedə bilər - AÇIQLAMA

12:00

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:41

"Neftçi" son dəfə 10 il öncə bu vəziyyətə düşmüşdü

11:22

"Sumqayıt" öz rekordunu təkrarladı

11:04

AKAF “Bakı marafonu 2024”-də iştirak edib

10:48

"Qarabağ"dan tarixi rekord

10:30

Erik ten Haq dilemma qarşısında - MY-də zədələnməyən müdafiəçi qalmadı

10:12

Minifutbol: Finalçılar müəyyənləşdi

09:49

Azərbaycanlı futbolçuların heç biri 90 dəqiqə oynamadı

09:25

Zidan "Bayern" söhbətinə nöqtə qoydu: "Onların "Real"la oyununu izləyəcəm"

02:04

"Sevilya" 3 xalı 3 qolla qazandı

01:40

On komandadan yalnız biri 3 xala sevindi

01:01

İPL: "Arsenal" da darmadağınla qazandı, "Mançester Siti" də

00:20

"Bayer" 48-ə darmadağınla çatdı

05 May 2024
23:50

"Qalatasaray" darmadağınla liderliyini möhkəmləndirdi

22:35

"Barselona" Levandovskiyə əvəzləyici tapdı

22:10

"Sabah" bəxt sayəsində qalib gəldi" - Elmar Baxşıyev 

Facebookdan bizi izləməyi unutmayın.
X