Mayın 7-8-də Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda cüdo üzrə açıq Avropa kuboku turniri keçiriləcək.
Fanat.Az xəbər verir ki, yarışda Azərbaycanı 6 qadın cüdoçu təmsil edəcək
Qitə turnirində Aytac Qardaşxanlı, Nərgiz Hacıyeva, Diana Şoranova (hər üçü 63 kq), Südabə Ağayeva, Günel Həsənli (hır ikisi 70 kq), Aytəkin Paşazadə (78 kq) medallar uğrunda mübarizə aparacaqlar.
Qeyd edək ki, cüdoçularımızdan A.Qardaşxanlı ötən ay Polşada keçirilmiş analoji yarışın qalibi olub.