16:35 05.05.2022 665

"Elmar Qasımov hələ son sözünü deməyib" - Rəşad Rəsullu

"Məşqçilər heyətinin işi artıq görülməkdədir. İnanırıq ki, bu komanda gələcəkdə daha yüksək nəticələrə imza atacaq".

Bunu Fanat.Az-a açıqlamasında Bolqarıstanın paytaxtı Sofiyada keçirilən Avropa çempionatının yekunları barədə danışarkən Azərbaycan Cüdo Federasiyasının baş katibi Rəşad Rəsullu deyib.

Qurum rəsmisi qitə çempionatında əldə olunan 1 qızıl, 2 bürünc medalın yaxşı nəticə olduğunu bildirib: 

"Hidayətlə Rüstəmin yollarının finaladək istənilən halda kəsişəcəyini nəzərə alsaq, biz 73 kiloqram çəki dərəcəsində maksimum nəticə göstərdik. 90 kiloqramda bürünc medalçı Məmmədəli Mehdiyevdən daha yaxşı nəticə - qızıl mükafat gözləyirdik. Onun özü də yarışa sadəcə çempionluq üçün yollandığını bildirmişdi. Lakin elə alındı ki, "bürünc"lə kifayətlənəsi oldu. Daha üç cüdoçumuz isə 5-ci yeri tutdu. Başqa sözlə, kişilərdən ibarət yığmanın 9 üzvündən 6-sı medallar uğrunda mübarizə apardı. 60 kq və 66 kq çəkilərdəki cüdoçularımız böyüklər arasında Avropa çempionatına ilk dəfə qatımaqlarına baxmayaraq kifayət qədər yüksək səviyyəli döyüş nümayiş etdirdilər. Aparıcı idmançıların yoxluğunda heyətə cəlb olunan bu gənc cüdoçuların döyüşü gələcəyə ümidlə baxmağa əsas verdi. Bildiyiniz kimi, dünya və Avropa mükafatçıları Kəramət Hüseynov (60 kq), Orxan Səfərov (66 kq) və Zelim Kotsoyev (100 kq) zədə səbəbindən yarışda iştirak etmirdilər. Bütün bunları nəzərə alsaq, Avropa çempionatından yaxşı nəticə ilə qayıtdığımızı deyə bilərik. Əsas odur ki, məşqçilər heyətinin işi artıq görülməkdədir. İnanırıq ki, bu komanda gələcəkdə daha yüksək nəticələrə imza atacaq".

Rəsullu millinin 100 kiloqram çəki dərəcəsindəki üzvü, Olimpiya Oyunlarının, dünya və Avropa çempionatlarının mükafatçısı Elmar Qasımovun da çıxışına toxunub. Baş katib Tokio-2020 Olimpiadasından öncə sosial şəbəkələrdəki qalmaqallı paylaşımları ilə gündəmə gələn, bu səbəbdən ACF-nin əvvəlki rəhbərliyinin yığmadan uzaqlaşdırdığı 31 yaşlı titullu idmançının hələ son sözünü demədiyini vurğulayıb:

"Elmar dekabrdan mütəmadi olaraq məşqlərə qatılır. Nizam-intizamı tam yerindədir.  Sofiyada mükafata layiq yer tutmasa da, döyüşü, mübarizə əzmi ilə yaxşı təsir bağışladı.  Elmar Qasımov elə bir idmançıdır ki, istənilən Olimpiya, dünya çempionuna qalib gələ bilər. Düşünürük ki, o, hələ son sözünü deməyib. Ümumiyyətlə, Elmar kimi təcrübəli idmançının yığmada olması 90-dan tutmuş 100-dən ağır çəkiyədək bütün cüdoçular üçün üstünlükdür. Həmçinin digər çəkilərdəki gənc idmançılar onun praktikasından yararlanırlar".

Qeyd edək ki, Avropa çempionatında Hidayət Heydərov (73 kq) qızıl, Rüstəm Orucov (73 kq) və Məmmədəli Mehdiyev (90 kq) bürünc medal qazanıb.

Sahib 

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

09 May 2024
00:46

ÇL-in finalında "Real"la "Borussiya" qarşılaşacaq 

08 May 2024
23:50

Medina "Qarabağ"la müqavilə yeniləyib? - AÇIQLAMA

22:40

KL: "Fiorentina" finalda!

21:21

Virts "Real"a nə vaxt keçəcək?

21:00

Samir Nəsri əfsanəvi almanın bu planının üstünü açdı

19:35

Serb futbolçu "Yuventus"u tərk edəcək, İtaliyanı yox

18:44

İngiltərə nəhənginin yeni baş məşqçisi bilindi - Rəsmi qərar bu tarixdə açıqlanacaq

17:55

“Borussiya”nın kapitanı olduğum üçün çox fəxr edirəm" - Emre Can

17:37

"Çelsi" forvardını satışa çıxardı

17:16

"Biz yalnız Kroosa yox, mütəşəkkil komandaya qarşı oynayacağıq" - Tomas Tuxel

16:54

"Almaniyaya tez gəlsəydim, Musalanı İngiltərə millisində oynamağa razı salardım" - Harri Keyn

16:23

PFL ilə "YAŞAT" Fondu arasında memorandum imzalandı

16:14

İstanbul nəhəngi "Çelsi" ilə anlaşdı - SON DURUM

15:55

Azarkeşlər Palmeri seçdilər

15:36

Rüfət Quliyevi əvəzləyəcək şəxs bilindi  

15:17

"Barselona"da fikir ayrılığı: Laporta və Deku Xavi ilə razılaşmadılar

14:58

"Qorxmuruq, kimə qarşı oynadığımızın fərqindəyik" - Manuel Noyer

14:40

Bölgə klubunda radikal dəyişiklik - Əsgər Abdullayev də gedir

14:21

DİN və DTX əməkdaşları AFFA-da

14:05

"Qapıya 31 zərbə endirsək də..." - Enrikedən emosional məğlubiyyət şərhi

13:48

Futzal turnirinin qalibi bilindi

13:31

"Nə deyəcəyimi bilmirəm" - Vitinya

13:14

Almaniya futbolu tarixində Hummels kimisi olmamışdı

12:57

PSJ-dən maraqlı antirekord

12:44

"Kəpəz"in 2 legionerinə ağır cəza verildi, klub 8500 manat cərimələndi

12:32

AFFA "Turan Tovuz"un legionerini 4 oyunluq kənarlaşdırdı

12:20

"Qarabağ" ilə "Neftçi" barədə ölçü götürüldü: 5800 manatlıq cərimə 

12:02

Qadın boksçulardan ibarət Azərbaycan yığması Almatıya yollandı

11:45

"Jirona" ÇL-ə buraxılmır - SƏBƏB 

11:26

"Şadam ki, indi azarkeşlərimizə olan borcumuzu qaytara bilərik" - Edin Terziç

11:08

"Üzgün və kədərliyik" - Kilian Mbappe

10:33

Yoahim Löv: "Final fitindən sonra tualetə qaçdım"

10:12

"Borussiya" Parisi də fəth etdi - VİDEO

09:49

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:25

ÇL-in tarixində ikinci dəfə - Yenə "Borussiya"

01:20

“Beşiktaş” finala yüksəldi

00:53

Çempionlar Liqası: "Borussiya" Parisi susdurub finala yüksəldi 

07 May 2024
21:27

Ten Haq MY-dəki gələcəyinin necə olacağı ilə bağlı sualı belə cavablandırdı

20:20

"Laporta məndən onunla bağlı məlumatları aldı" - "Xetafe"nin prezidenti "Barselona"nın planının üstünü açdı

19:30

"Mançester Siti" ilə "Arsenal" türkiyəli ulduza görə yarışa girdilər - Qiyməti "əl yandırır" 

Facebookdan bizi izləməyi unutmayın.
X