Fransanın Nanter şəhərində cüdo üzrə gənclər arasında Avropa kuboku turnirə start verilib.
Fanat.Az xəbər verir ki, yarışın ilk günündə Azərbaycan cüdoçuları 2 gümüş, 1 bürünc medal qazanıb.
Gümüş mükafatlara Turan Bayramov (60 kq) və Vüsal Qələndərzadə (73 kq) sahib çıxıb. Onların hər ikisi finalda Fransa təmsilçilərinə uduzub. "Bürünc"ü isə Qasım Vəlizadə (66 kq) millimizin hesabına yazdırıb.
Qeyd edək ki, 15 ölkədən 310 cüdoçunun qatıldığı Avropa Kubokuna sabah yekun vurulacaq.