Azərbaycanın qadın cüdoçusu Südabə Ağayeva Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçirilən Avropa Kubokunda bürünc medal qazanıb.
Fanat.Az xəbər verir ki, 70 kiloqram çəki dərəcəsində ardıcıl olaraq Keti-Cemima Yets-Braun (Böyük Britaniya) və Femke De Brüynə (Belçika) qalib gələn idmançı yarımfinalda Amihay Şeykdə (İsrail) uduzub. 3-cü yer uğrunda qarşılaşmada Nika Korendən (Sloveniya) üstün olan Ağayevə bürünc medala sahib çıxıb.
Bu çəkidəki digər Azərbaycan təmsilçisi Günel Həsənli təsəlliverici görüşdə məhz Korenə uduzaraq medalsız qalıb.
78 kq-da yer alan Aytəkin Paşazadə isə startdaca Amber Velanda (Niderland) uduzaraq mübarizəni dayandırıb.
Qeyd edək ki, yarışın ilk günündə Aytac Qardaşxanlı (63 kq) bürünc medal qazanıb.
***
Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçirilən cüdo üzrə böyüklər arasında açıq Avropa Kuboku turniri davam edir.
Fanat.Az xəbər verir ki, yarışın ikinci - sonuncu günündə Azərbaycanın daha üç qadın cüdoçusu qüvvəsini sınayacaq.
70 kiloqram çəki dərəcəsində çıxış edən Günel Həsənli startda xorvatiyalı Lusia Babiçlə, eyni çəkidəki Südabə Ağayeva Keti-Cemima Yets-Braunla (Böyük Britaniya) qarşılaşacaq.
Aytəkin Paşazadə (+78 kq) isə ilk görüşdə Amber Velandın (Hollandiya) müqavimətini qırmağa çalışacaq. Ağayevanın döyüşü 1/16, digər iki təmsilçimizin dueli 1/8 final mərhələsi çərçivəsində baş tutacaq.
Qeyd edək ki, turnirin ilk günündən sonra Azərbaycan komandasının hesabında bir medal var. Aytac Qardaşxanlı (63 kq) çıxışını bürünc mükafatla tamamlayıb.