Cüdo idman növündə 2022-ci ilin indiyəqədərki dövrü ərzində beynəlxalq yarışlarda ən çox medal qazanan ölkələr açıqlanıb.
Azərbaycan Cüdo Federiyasının mətbuat xidmətindən Fanat.Az-a verilən məlumata görə, müxtəlif yaş kateqoriyalarında Azərbaycanın kişilərdən ibarət komandaları 25 qızıl, 16 gümüş və 26 bürünc medala sahib çıxıb.
Nəticədə, Azərbaycan medal sıralamasında birinci pillədə qərarlaşıb.
Yığma ümumi cədvəldə 27 qızıl, 19 gümüş və 31 bürünc medalla üçüncüdür.