Azərbaycan cüdo yığmalarının 3-5 iyunda Gürcüstanın paytaxtı Tbilisidə keçiriləcək "Böyük Dəbilqə" turniri üçün heyəti açıqlanıb.
Fanat.Az Beynəlxalq Cüdo Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, məşqçilər korpusu yarışa ümumilikdə 11 cüdoçu (9 kişi, 2 qadın) sifariş edib.
Kişilər: Rövşən Əliyev, Turan Bayramov (hər ikisi 60 kq), İbrahim Əliyev, İsmayıl İbrahimov (hər ikisi 66 kq), Nəriman Mirzəyev, Telman Vəliyev (hər ikisi 73 kq), Elcan Hacıyev, Zelim Tskayev (hər ikisi 81 kq), Murad Fətiyev (90 kq).
Qadınlar: Aişə Qurbanlı, Şəfəq Həmidova (hər ikisi 48 kq).
Qeyd edək ki, bu günədək 40 ölkədən ümumilikdə 326 cüdoçunun yarışda iştirakı təsdiqlənib.