
Meksikanın Qvadalaxara şəhərində dünya futbolunun əfsanəsi Pelenin yeni heykəlinin açılışı mərasimi baş tutub.
Fanat.Az yerli mətbuata istinadən xəbər verir ki, 9,5 metr hündürlüyündə abidə 1970 və 1986-cı illərdə dünya çempionatının oyunları keçirilmiş "Xalisko" stadionunun yaxınlığındakı meydandadır.
2022-ci ildə 82 yaşında həyatla vidalaşan Pele 1970-ci ildə Meksikada keçirilən mundialda karyerasının üçüncü dünya çempionluğunu qazanmışdı.
DÇ-2026-nın qrup oyunlarından dördü Qvadalaxarada olacaq.
Toğrul