
Futbol üzrə Çexiya millisi hazırda davam edən dünya çempionatında uzun sürən həsrətə son qoyub.
Fanat.Az xəbər verir ki, sözügedən komanda buna qrup mərhələsinin 1-ci turunda Cənubi Koreyaya qarşı oyunda nail olub.
Matçın 59-cu dəqiqəsində müdafiəçi Ladislav Kreyçi rəqib qapısına başla yol tapıb və bu, onun formasını geyindiyi seçmənin 20 ildən sonra mundiallarda vurduğu ilk qol olub.
Çexiya yığması son dəfə DÇ-2006-da qol sevinci yaşamışdı. Həmin vaxt ABŞ darmadağın edilmişdi - 3:0.
Xatırladaq ki, Cənubi Koreya - Çexiya matçı Asiya təmsilçisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Toğrul