
Portuqaliya millisinin 41 yaşlı hücumçusu Kriştianu Ronaldu dünya çempionatında keçirəcəkləri ilk oyun ərəfəsində fiziki hazırlığı ilə bağlı sualı cavablandırıb.
Fanat.Az xəbər verir ki, onun sözlərini ölkəsinin "Record" portalı belə çatdırıb:
"Fiziki durumla bağlı hər şey qaydasındadır! Siz mənim son oyunlarımı görməmisiniz? Hazırda yaxşı formada olduğumu düşünürəm".
Ronaldu karyerasının 6-cı mundialında top qovmağa hazırlaşır. Geridə qalan mövsümdə "Əl-Nəsr"in heyətində Pro Liqada 30 matça çıxan superulduz 28 qolla yadda qalıb. O, Portuqaliya seçməsinin iyunun 10-da Nideriya millisinə qarşı keçirdiyi yoldaşlıq görüşündə (2:1) 64 dəqiqə meydanda olub. Kriştianunun şərəfini qoruduğu millisinin DÇ-2026-da ilk rəqibi Konqo Demokratik Respublikasıdır. Bu duel iyunun 17-də reallaşacaq. K qrupunda yer alan apenninlilər Özbəkistan və Kolumbiya ilə də üz-üzə gələcəklər.
Toğrul