
Futbol üzrə dünya çempionatında bu gün keçirdiyi ilk oyunda Avstraliya seçməsinə 0:2 hesabı ilə uduzan Türkiyə millisinin baş məşqçisi Vinçentso Montello yenilgini şərh edib.
Fanat.Az xəbər verir ki, onun sözlərini "A Spor" belə çatdırıb:
"Oyun taktiki planda gözlədiyimiz kimi olmadı. Bilirdik ki, onlar müdafiəyə çəkilərək gözləyəcəklər. Rəqib əks-hücumlardan istifadə etdi. İki qol buraxdıq. Buna görə çox üzgünük.
Bizim komandamız böyük ruhla mübarizə apardı. Belə oynamağa davam etsək, arzulanan nəticələrə nail olacağıq. Növbəti matçda daha yaxşı oynayacağıq".
Türkiyə mundialdakı ikinci matçını birinci qarşılaşmada ABŞ yığmasına 1:4 hesabı ilə uduzan Paraqvaya qarşı keçirəcək. Görüş iyunun 20-də reallaşacaq.
Nihat