
Futbol üzrə dünya çempionatında bu gün baş tutan Avstraliya - Türkiyə matçının (0:2) ən yaxşı oyunçusu bəlli olub.
Fanat.Az xəbər verir ki, avstraliyalıların heyətində Nestori İrankunda fərqləndirilib.
O, qardaş ölkənin yığması ilə dueldə komandasının ilk qolunu vurub.
Türkiyə mundialdakı ikinci matçını birinci qarşılaşmada ABŞ yığmasına 1:4 hesabı ilə uduzan Paraqvaya qarşı keçirəcək. Görüş iyunun 20-də reallaşacaq.
Nihat