
Avstriya Futbol İttifaqı milli komandanın baş məşqçisi Ralf Ranqniklə müqavilə yeniləyib.
Fanat.Az xəbər verir ki, məlumatı qurumun mətbuat xidməti yayıb.
Almaniyalı mütəxəssis müddəti 2028-ci ilədək nəzərdə tutulan anlaşmaya imza atıb.
Ranqnik 2022-ci ildən indiki postundadır. 67 yaşlı mütəxəssis daha əvvəl ölkəsinin “Leyptsiq”, “Şalke 04”, “Hoffenhaym”, “Hannover” və “Ştutqart” komandalarında əsas söz sahibi olub. O, “Şalke 04” ilə Almaniya Kubokunu, eləcə Bundesliqanın gümüş medalını qazanıb.
2021-ci ildə Moskva “Lokomotiv”ində işləyən Ranqnik ardından “Mançester Yunayted”də müvəqqəti baş məşqçi funksiyasını yerinə yetirib.
Avstriya millisi hazırda davam edən dünya çempionatında İordaniya, Argentina və Əlcəzair yığmaları ilə eyni qrupda yer alıb.