
Futbol üzrə dünya çempionatının 1-ci turunda Əlcəzairi 3:0 hesabı ilə məğlub edən Argentina yığmasının heyətində het-trik edərək mundillardakı qollarının sayını 16-ya çatdıran və rekordçu Miroslav Klozenin (Almaniya) nəticəsini təkararlayan Lionel Messi bu barədə fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, sabiq braziliyalı forvard Ronaldonu (15) geridə qoyan superulduzun sözlərini " All About Argentina" belə çatdırıb:
"Ronaldo da daxil olmaqla, bütün böyük futbolçularla yarışmaq şərəfdir. O, bütün dövrlərin ən böyük futbolçularından biri olub. Ancaq gördüyünüz kimi, qol sayında birinci pillədə deyil. Qısası, bu, yalnız statistikadır".
Nihat