
Avstriya millisinin hücumçusu Marko Arnautoviç rekorda imza atıb.
Fanat.Az FIFA-nın rəsmi saytına istinadən xəbər verir ki, o, DÇ-2026-nın qrup mərhələsinin 1-ci turunda İordaniya millisinə qarşı keçirdikləri matçda (3:1) fərqlənməklə mundiallar tarixində qol vuran ən yaşlı avstriyalı futbolçu olub.
Təcrübəli forvard bu nəticəni 37 yaş 59 günlüyündə reallaşdırıb.
Əvvəlki rekord DÇ-1998-də Kamerun yığmasına qarşı oyunda (1:1) bərabərlik qolunu vuran Toni Polsterə məxsus idi. Polster Avstriya seçməsinin forması ilə 34 yaş 93 günlüyündə adını tabloya yazdırmışdı.
Toğrul