
Futbol üzrə dünya çempionatının 1-ci turunda çərçivəsində Panama yığmasını 90+5-ci dəqiqədə vurduğu qolla 1:0 hesabı ilə məğlub edən Qana millisinin hücumçusu Antuan Semenyo qələbəni şərh edib.
Fanat.Az xəbər verir ki, onun sözlərini FİFA-nın rəsmi saytı belə çatdırıb:
"90+5-ci dəqiqə... Bu emosiyaları necə təsvir edəcəyimi bilmirəm. Hamımız ruhən yüngülləşdik. Çünki bu oyunun nəticəsinin nə dərəcədə vacib olduğunu bilirdik. Qələbə bizə ikinci qarşılaşma ərəfəsində inam verdi. Qələbə qazandığımızı demək xoşdur, amma tempi salmaq olmaz. Qrupda daha iki vacib oyunumuz, iki çətin sınağımız var. Hiss edirik ki, istedadlı komandayıq və hələ nəyə qadir olduğumuzu göstərə bilərik".
Panama yığmasının qapısına yarımmüdafiəçi Kaleba Yerenki yol tapıb.
L qrupunda yer alan Qana millisi iyunun 23-də İngiltərə, 28-də isə Xorvatiya yığması ilə qarşılaşacaq.
Nihat